“Narinin meyitini 200 min tl qarşılığında gizlətdim” - Yeni detallar
Türkiyə gündəmini zəbt edən 8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni detallar ortaya çıxıb.
Bu barədə “Milliyyet” nəşri məlumat yayıb.
Qeyd olunub ki, istintaq çərçivəsində saxlanılanların sayı 24-ə çatıb.
İşlə bağlı ilk etirafı şübhəlilərdən biri, Nevzat B. adlı şəxs edib.
Həmin şəxs bildirib ki, Narinin əmisi meyiti ona çuvalda verib. O, isə Narinin cəsədini 200 min TL (təxminən 10 min AZN) qarşılığında gizlədib.
Bununla yanaşı, Narinin cansız bədənini daşıyan qırmızı avtomobilin görüntülərinin 19 gün azyaşlının axtarışlarında iştirak edən helikopterin kameralarına yansıdığı məlum olub. Görüntülərdə Nevzat.B-nin Səlim Güranın (red- Narin Güranın əmisi) avtomobilindən uşağın cəsədini götürdükdən sonra məhəllədə həmin maşınla dayandığı bilinib.
Fotoda: Narinin meyitini daşıyan şəxsin avtomobili
Qeyd edək ki, 19 gün axtarışları davam edən Narinin meyiti 1 gün öncə yaşadığı məhəllədə aşkarlanıb. Onun cansız bədəni bu gün günorta saatlarında torpağa tapşırılıb. Məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verərək, qatilin ən ağır şəkildə cəzalandırılacağını bəyan edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-09-2024, 23:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər