reklam
Regionxeberlericom.az » Gündəm » Etibar Pirverdiyev işçi haqqı yeməkdə ittiham olunur - İDDİA

reklam

Etibar Pirverdiyev işçi haqqı yeməkdə ittiham olunur - İDDİA


""Azenco" ASC başqanı Zəkəriyyə Poladov və E.Pirverdiyev işçilərin ezamiyyə haqqını yeyir". regionxeberlericom.az bildirir ki, bu iddia DİA.AZ-a daxil olan müraciətdə yer alıb. Müraciətdə daha sonra deyilir:

"Ezamiyyə Normaları haqqında Qanununun tələblərinə məhəl qoymayan Azenco başqanı, onun havadarı Etibar Pirverdiyevlə birgə minlərlə işçinin ezamiyyə haqlarını mənimsəyirlər. Qeyd edək ki, həmin qanunda əks olunana görə bir şəhər və ya rayondan digərinə ezam olunmuş hər bir işçiyə yemək və qalıb gecələməsi üçün yol xərcləri də daxil olmaqla 1 gün üçün 70 manat müəyyən olunsa da Azenco sədri Zəkəriyyə Poladov bu maliyyə vəsaitini işçilərə vermir.

Hazırda Azenco ASC -nin yüzlərlə işçisi ölkənin müxtəlif şəhər və rayonlarındakı enerji obyektlərində , stansiya və yarımstansiyalara hər təqvim ayı ezam göndərilir. Hələ bu azmış kimi işçilərə verilməli olan aylıq vəzifə tarif maaşları da əhəmiyyətli dərəcədə gecikdirilir. Xüsusilə fə qeyd edim ki bu qurumun işçilərinin əmək haqqısı məhz həmin stansiyalardan satılan el.enetjisinin təmirə ayrılan malyyə vəsaitinin xərclər hisdəsində Forma-2 adlı sənədində hər stansiyanın bu vəsaitin buraxılması ilə imza və möhürü ilə həray təsdiqlənir, lakin bu maliyyə vəsaitinin məbləğini özündə əks etdirən Forma-2 sənədi O təmiri həyata keçirən Azenco adlı Quruma daxil olsa da, qurum rəhbərliyi Zəkəriyyə Poladov işçilərin maaşını gecikdirir , ezamiyyə haqlarını isə ödəmir".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Paylaş:


Müəllif : Tarix:
1-10-2019, 10:42
Sikayət   


loading...
Загрузка...