“ATA-BALA MONOPOLİYA YARADIBLAR” - Sürücülər Beynəlxalq Avtovağzalın rəhbərindən şikayətçidir
Qazax rayonu, Ağköynək kənd sakini Mürşüdov Tural Müştab oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Bakı Beynəlxalq Avtovağzalının müdiri və oğlu monopoliya yaradıblar:
“Mən, Mürşüdov Tural Müştab oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
“Mercedess Vito” markalı (8+1) avtomobilim var. Rahat şəkildə ailəmizə çörək pulu aparırdıq. Bakı Beynəlxalq Avtovağzalının qarşısında, “Şəki” kafesinin arxasında “Vito” markalı 8+1 avtomobilimlə sərnişin daşımaqla məşğul idim. Bakı Beynəlxalq Avtovağzalın müdiri polislərə tapşırıq verib ki, onları tutun, qoymayın işləsinlər.
Həmin avtovağzalın müdirinin oğlu Binəqədi rayon polis şöbəsinin rəis müavinidir. Atası oğluna tapşırıq verir, o da bizə “qan uddurur”. Ata-bala monopoliya yaradıblar.
1 ay əvvəl avtovağzal müdiri bizə bildirdi ki, səliqəli şəkildə burda işləyin. 1 aydan sonra gördü ki, sərnişinlər “Vito”lara üstünlük verir, hamı evinə tez getmək istəyir, yəni avtobus 9 saata getdiyi məsafəni “Vito” 5 saata gedir, ona görə bizə mane olmağa başladı. Belə ki, zəng edib polislərə deyir ki, “Vito”lara orda işləməyə icazə verməyin.
Avtobus reysə çıxanda az adamla çıxırsa, onun bizə nə dəxli var, bizik günahkar?! Sərnişin deyir ki, “Vito” ilə getmək istəyirəm…
Avtovağzal rəhbəri hamımızın çörəyinə bais oldu. Bizə dolanmağa imkan vermir.
Özüm 1-ci qrup müharibə əliliyəm. Mənə aid olan maşını xalam oğlu istifadə edir. Polisə getmişəm, mənə deyirlər ki, “ bizə nə dəxli var onun”. Baxanda, polisin də burda günahı yoxdur. Gah deyir, “icazə verin işləsin”, gah deyir “verməyin”. Biz də bunu anlaya bilmirik.
Yuxarıdan ona təzyiq olunan kimi, avtovağzalın müdiri polisləri ora göndərmir, hamı rahat işləyir. Qanuni sərnişin daşımadır. Sərnişin daşımaqla bağlı konkret qadağa varsa, yazıb vursunlar ki, bura giriş qadağandır”.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan ilk öncə bildirildi ki, müraciətinizin BBAK-ın səlahiyyətlərinə aidiyyəti yoxdur. Daha sonra isə, şikayətçinin iddiasının həqiqəti əks etdirmədiyi vurğulandı.
Hurriyyet.az
Paylaş:
Müəllif : Fuad
Tarix:12-09-2024, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər