Səfərbərlik sistemində elə KÖHNƏ AB-HAVADIR... - İTTİHAM VAR...
2021-ci ildən Bakı şəhərinin Binəqədi qeydiyatına keçmişəm. Əvvəllər Qazax şəhərində qeydiyyatında idim. Bölgə qeydiyyatında olduğum zaman iki dəfə (2014-cü və 2020-cü ildə) rahat, maneəsiz Qazax Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsində (hərbi komissarlıq) hərbiçi olduğum dönəmdəki şəxsi işimlə maraqlanmışam. Qeydiyyat yerimi dəyişdiyimdən sonra (artıq 3 ildən çoxdu) Binəqədi rayondakı hərbi komissarlığa gedib şəxsi işimlə yenidən maraqlanmaq istədim. Mən 6 il 10 gün Azərbaycan Ordusunda qulluq etmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişəm və ehtiyatda olan zabitəm. Şəxsi işimlə də istədiyim vaxt, istənilən şəraitdə maneəsiz tanış olmağa haqqım var. Bunu da qanunlar deyir, özümdən çıxarmıram. Bu minvalla 03.07.2024-cü il tarixdə saat 17.05 radələrində ( iş vaxtı 18.00 da bitir) Binəqədi Rayon hərbi komissarlığına yaxınlaşdım. Növbətçilik olan və mobil telefonla oynayan bir kapitana yaxınlaşdım. O, çox “məşğul” olduğundan məni yola verərək: “şəxsi işlərə baxan şəxs hazırda məzuniyyətdədi, sabah yaxınlaş”. Mən onun qeyri-etik və yola verdi cavabından sonra “cənab kapitan, qanunda göstərilməyib ki, ehtiyatda olan zabit şəxsi işiylə tanış olmaq üçün kiminsə məzuniyyətdə olub-olmasında asılı olsun”. Bu cavabımdan sonra həmin kapitan Tural müəllimə yaxınlaş dedi. Tural müəllim deyilən şəxsin otağı qarşısında çatanda onun bir mayor olduğunu görüb, nizamnamənin göstərdiyi qaydada özümü təqdim edərək şəxsi işimlə tanış olmaq istəyimi bildirdim. O, isə mənə gedin 2-ci mərtəbədəki Firdovsi müəllimə yaxınlaşın dedi. Adı çəkilən mülki şəxsə yaxınlaşandan sonra o, qısaca mənim kimliyimlə maraqlandı. Qarşı tərəf zabit olmama şübhəli kimi yanaşdı. Bunu anladıqdan sonra ona ehtiyatda olan zabit hərbi vəsiqəmi təqdim etdim. Diqqətlə baxdıqdan sonra vəsiqəmi kserosürətini çıxardı və əlaqə nömrəmi soruşdu. Mən əlaqə nömrəmi deməyə tələsmədən şəxsi işimlə tanış olmaq istədiyimi bir daha (bir neçə dəfə) dedim.
O, mənə cavab verməyərəq, nömrəmi yenidən soruşdu. Mən ondan bir daha şəxsi işimlə maraqlanmaq istəyimi və niyə bu barədə sualıma cavab vermədiyinizi sual etdim. O, isə hırıldayaraq “qanunda hərbi qulluqçuların şəxsi işiylə maraqlanmasına icazə yoxdu” dedi. Mən ona Qazax qediyyatında olduğum zaman 2 dəfə şəxsi işimlə tanış olduğumu vurğuladım. Eyni zamanda qanuna görə hərbi qulluqçunun şəxsi işiylə tanış olmasıyla bağlı məhdudiyyət olmadığını, əgər qanuna dəyişiklik olubsa, bu hansı maddə və bənddə göstərildiyini ona deyərək sual etdim. Amma qarşı tərəf yenə gülərək “sənə heç nə göstərə bilmərik, əlaqə nömərini ver, sabah mütləq səninlə əlaqə saxlayacağıq”. Amma nə sabah, nə də digər günlərdə mənimlə əlaqə saxlayan olmadı. Belə olduqda 09.07.2024-cü ildə tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzər Dövlət Xidmətinin Rəisi Mürsəl İbrahimova yazılı şikayətlə müraciət etməklə yanaşı xidmətin “9100 Çağrı mərkəzi”nə də zəng edərək bu barədə bildirdim. Təxminən iki həftə sonra müraciətimə cavab gəldi və məni Zərifə Əliyeva küçəsi 30 ünvanında yerləşən SHXÇDX binasına çağırıb baş vermiş hörmətsizliklə bağlı izahatımı aldılar. Səmimi deyim ki, şikayətimi araşdıran kapitan Sahib Ağa (soydadı Ağadır) məni nəzakət, ehtiramla qarşılayaraq dinlədi və şikayətimin obyektiv araşdırılacağını və nəticəsi barədə mənə yazılı cavab göndərəcəyini bildirdi. Amma şikayətimə cavab bir aydan çox gecikdi. Belə olduqda 11.09.2024-cü il tarixdə yenidə yuxarıda qeyd olunan ünvana yaxınlaşıb mənə niyə cavab məktubunun gəlinməməsiylə maraqlandım.
Kapitan Sahib Ağa bildirdi ki, 2 həftədən çoxdu ki, qeydiyatda olduğum Binəqədi rayonu Cəfər Cabbarlı küçəsi ev 14 a-ya məktub göndərilib və siz məktub çoxdan çatmalıydı. Mən kapitana xatırlatdım ki, həm Mürsəl İbrahimov adına yazdığımı şikayətimdə, həm də izahatımda faktiki yaşadığım ünvanı göstərmişəm, ora niyə göndərməmisiz? Belə olduqda Sahib Ağa bir neçə saat ərzində 16.08.2024-cü ildə qeydiyatda olduğum ünvana göndərdiyi cavab məktubunu əlbəəl mənə təqdim etdi. Buna görə ona təşəkkür etdim və xudafizləşdik. Bir neçə saat sonra şikayət məktubuma gələn cavabı oxuyandan sonra gözüm kəlləmə çıxdı. Orda qeyd olunur ki: “Xidmətin Binəqədi rayon idarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə SHXÇDX-nə ünvanladığınız müraciətə baxılmış, idarənin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi haqda göstərdiyiniz xüsusatlar təsdiqlənməmişdir”. Şikayətimə cavab mətubunun sonunda Təşkilati nəzarət baş idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Əziz Hidayevin adı və imzası yer alırdı. Bu o deməkdir ki, siz Binəqədidəki əməkdaşlarımıza böhtan atırsız, onlar düzgün xidmət edir. Yaxud da mən ağlımı itirmişəm. Halbu ki, hadisə kamera altında olub.
Görünən odur ki, SHXÇDX-də harınlıq, özbaşınalıq, qanunsuzluq və ehtiyatda olan zabitlərə və vətəndaşlara qarşı kobudluq halları çox olması bir kənara, bu halları qarşı göz yummaq və ya qudurğan “əməkdaş”ların əməllərini baş idarədə ört-basdır edənlər də az deyil. Yəni hidayevlər kimi “rəis”lər durduqca bu cür özbaşınalıqlar artmaq şkalası üzrə davam etməsi aksiyomadır. Dediklərimin böhtan, yalan olmamasının sübutu kimi SHXÇDX-in rəsmi saytında yer alan özbaşınalıq, korrupsiya və digər qanunsuzluqlarla bağlı hesabtaları da yer alır. Belə ki, xidmətin saytında 07.03.2024-cü il tarixdə “Dövlət xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib” başlıqlı xəbərində qeyd olunur:
“Qanunvericilik tələbini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq otən il (2023-cü il – red A.İ) 78, 2024-cü ilin I yarımilliyində isə 140 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüşdür. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində toplanmış materialları prossesual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir”. Qeyd etdiyim xəbərlə bağlı ətraflı aşağıdalı linkdə daxil olub daha geniş məlumat almaq olar:
https://www.seferberlik.gov.az/az/news/detail/864
Göründüyü kimi SHXÇDX-də qanunsuz əməllərdə 2 dəfə artım olması şübhəsizdir. Bu təbii ki, üzə çıxarılan özbaşınalıqlardır. İndi düşünün gizlədilən, ört-basdır edilən, vətəndaş şikayətlərinə laqeyd, yolaverdi, etinasızlıq nəticəsində yüzlərlə, bəlkə də minlərlə qanunsuzluqlar, özbaşınalıqlar, cinayətlər gizlədilir. Görünən odur ki, SHXÇDX-in baş idarəsində və yuxarı eşalonunda ciddi yoxlamalar aparılmalı tədbirlər görülməsinə ehtiyac var. Adı çəkilən dövlət qurumunda qanunlara tüpürməklə yanaşı ölkə başçısı İlham Əliyevin “mən daxil, bütün məmurlar xalqın xidmətçisidir”, “məmurlar və dövlət orqanlarında çalışan hər bir kəs vətəndaşların hüquqlarını təmin etməli, onların müraciət, şikayətlərini yüksək səviyyədə təmin etməyə borcludur” və digər bu kimi çağırışlarını qulaq ardına vurub, saymamazlıq edən poqonlu naqislər çoxdur. Demək ki, Arzu Rəhimov ilə Mürsəl İbrahimov dəyişikliyində müsbətə doğru irəliləyiş görünmür. Bir vətəndaş, ehtiyatda olan zabit və jurnalist kimi şikayətimlə bağlı obyektiv araşdırma aparılıb Binəqədidəki özbaşınalıq, harınlıq edən “əməkdaş”larınızla bağlı ciddi ölçü götürülmədiyi və şəxsi işimlə maneəsiz, geniş şəkildə tanış olmağımla bağlı məhdudiyyət aradan qaldırılmayana kimi haqlarım uğrunda inadkarcasına mücadilə aparacam və SHXÇDX-ni məhkəməyə də verəcəm.
Gundemxeber.Az
Paylaş:
Müəllif : Fuad
Tarix:20-09-2024, 11:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər