reklam
Regionxeberlericom.az » Gündəm » Keçmiş polis rəisi, deputatlığa keçmiş namizəd vəfat etdi

reklam

Keçmiş polis rəisi, deputatlığa keçmiş namizəd vəfat etdi

















Qubadlı rayon Polis Şöbəsinin keçmiş rəisi polkovnik Faiq Kərimov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Lent.az-ın xəbərinə görə, F.Kərimov 2020-ci ildə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd də olub.

Faiq Alməmməd oğlu Kərimov 1954-cü il iyulun 17-də Zəngilan şəhərində anadan olub. 1971-ci ildə orta məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Pedeqoji İnstitutunun tarix fakültəsinə daxil olub. 1975-ci ildən müəllim kimi fəaliyyətə başlayıb.  socar vakansiya

1981-ci ildə Zəngilan rayon Partiya Komitəsinin qərarı və Daxili İşlər Nazirinin əmri ilə Faiq Kərimov rayon Daxili İşlər Şöbəsində azyaşlıların işləri üzrə müfəttiş təyin olunub. 1986-cı ildən etibarən Qubadlı rayon Daxili İşlər Şöbəsində rəis müavini işləyib.

Ermənilərin Azərbaycana qarşı ərazi iddaları yeni başlayan illərdə (1988-1993) Faiq Kərimov müharibənin iştirakçısı olub. Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına mübarizə aparan Faiq Kərimovun başına ermənilər pul da qoyulub. Ən qaynar nöqtələrdə əlinə silah alaraq Vətəninin müdafiəsində olan Faiq Kərimov uğurlu Horadiz əməliyyatının birbaşa iştirakçısı olub.

1993-cü ildən 2010-cu ilə qədər Qubadlı rayon Polis Şöbəsinin rəisi işləyib. Polis polkovniki rütbəsinə qədər yüksəlib. 

2010-cu ildə təqaüdə çıxan Faiq Kərimov müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ilə qədər Sumqayıt şəhər məhkəməsində hakim köməkçisi, daha sonra Abşeron rayonu, Qobu qəsəbəsi üzrə inzibati ərazi nümayəndəsi, 2013-2015-ci illərdə Abşeron rayonu İcra Haimiyyətinin başçısının müavini, 2015-2018-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 2018-ci ildən etibarən Pirallahı rayonu İcra Hakimiyyətinin Neft Daşları üzrə ərazi nümayəndəsi təyin olunub.





Paylaş:


Müəllif : Tarix:
21-09-2024, 13:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər