reklam
Regionxeberlericom.az » Gündəm » Azərbaycanda kim təxribat yaratmaq istəyir? – Şok iddialar

reklam

Azərbaycanda kim təxribat yaratmaq istəyir? – Şok iddialar


Qarabağ qazisi olduğu bildirilən bir qrup əlilliyi olan şəxslərlə SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları arasında yaşanan insident ölkə ictimaiyyətinin gündəmindədir. Hadisənin detalları barəsində yayılan məlumatlardan belə aydın olur ki, əslində SOCAR əməkdaşlarının üzərinə hücum çəkənlərin heç də hamısı Qarabağ qaziləri deyil.
“Yeni Sabah” xəbər verir ki, baş vermiş hadisə ilə bağlı “Yeni Müsavat” qəzeti sensasion informasiya yayıb. Qəzetin bu haqda hazırladığı materialda qeyd olunur ki, SOCAR məsələyə dair yaydığı rəsmi məlumatda bildirdi ki, şirkətin mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən hadisə yerinə polis əməkdaşlarını çağırıblar:
“İnsident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən qarovul rəisi Abdurəhmanov Fuad Həsən oğlunun, İsmayılov Elnur İlyas oğlunun, Əliquliyev Ələkbər Cabbar oğlunun qol və bədən nahiyələrinə zərbələr endirilib, müxtəlif bədən xəsarətləri yetirilib. Aparılmış videoçəkilişdən də göründüyü kimi, təxribat törədən şəxslər hadisə yerindən uzaqlaşmağa çalışan mühafizə xidmətinin əməkdaşlarını, eləcə də polis əməkdaşlarını təqib edərək, xidməti maşınlarına maddi ziyan vurmağa cəhd göstərib, dövlətə qarşı qanunsuz çağırışlar səsləndiriblər”.

Bu kimi məlumatlar yayıldıqdan sonra sosial şəbəkələrdə bir qrup şəxslər qaziləri müdafiə edib, onlara qarşı nə üçün belə addımlar atıldığını yazıb, dövlətə və qurumlara qarşı çağırışlar etməyə başladılar.

Məsələ ilə bağlı araşdırma edib, bəzi faktları öyrəndik. Belə ki, etibarlı mənbədən aldığımız məlumata görə, əslində bu insidenti yaradanlar heç də gerçək qazilər deyil. Redaksiyamıza məlumat verən mənbə bildirib ki, əslində heç həmin ərazi də hansısa Qarabağ qazisinə aid deyil:

“Doğrudur, insidentdə iştirak edənlərin arasında 4 nəfər Qarabağ əlili də var. Ancaq faktiki olaraq torpaq sahəsi hansısa qaziyə aid deyil. Bu işə rəhbərlik edən şəxs əslən Kəlbəcərdən olan Hacıyev Məmmədəli İsgəndər oğludur. O, Qarabağ uğrunda döyüşlərdə iştirak etməyib. Onun əldə etdiyi saxta əlillik kağızını isə ötən illərdə nazirlik ləğv edib. Bu adam indiyə qədər də belə işlərlə məşğul olub. Ancaq onun adı yayılan rəsmi məlumatlarda yer almayıb. Əlilləri Məmmədəli çağırıb, o əraziyə yığıb. Torpaq faktiki olaraq bu adamların dedikləri kimi, hansısa Qarabağ əlilinin adına deyil.

Sadəcə olaraq, Məmmədəli ”krışalıq" edərək, bu yolla evi tikdirir, sonra da vətəndaşdan pul alır, əlillərə də həmin puldan müəyyən qədər verir. Oradakı qazilərin evləri var. Kimin evi yoxdursa, o da hazırda ev növbəsindədir. Məmmədəlini çox adam Mamed kimi tanıyır. Mamed əvvəllər Mehdi Mehdiyevin sədrlik etdiyi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvü olub. Sonradan elə Mehdi Mehdiyev onu üzvlükdən çıxarıb, nazirliyə də müraciət edib ki, bu adam Qarabağ uğrunda döyüşlərdə iştirak etməyib. Bu müraciətdən sonra onun əlilliyi ləğv edilib".

Onu da qeyd edək ki, sosial şəbəkədə hadisə yerində başına vurub, köynəyini cıran özünü 2-ci qrup Qarabağ qazisi adlandıran bir şəxsin videosu yayılıb. Öyrəndik ki, həmin şəxsin adı Kənandır. O, əslən Tərtər rayonundandır. Videodan görünür ki, Kənan ona SOCAR-ın əməkdaşlarının hücum etməsi təəssüratını yaratmaq məqsədilə özünü döyüb, köynəyini cıraraq əynindən çıxarır. Kənanın Qarabağ uğrunda gedən döyüşlərdə döyüşüb-döyüşmədiyi ilə bağlı dəqiq məlumat əldə edə bilmədik...

Ekspertlər baş verən bütün bu hadisələrin arxasında ölkədə çaxnaşma yaratmaq istəyən qüvvələrin durduğunu bildirirlər. Musavat.com-a danışan ekspertlərdən biri iddia edib ki, “saxta qazilərin” adı ilə Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin kökü Rusiyaya bağlanır. Rusiyanın bu təxribatını isə Azərbaycana tanınmış bir fiqur ötürür! Bu, əslən Kəlbəcərdən olan, Azərbaycanın sabiq baş prokuroru, hazırda Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdur.

Qeyd edək ki, SOCAR-la insidentdə adı hallanan Hüseynov Şərif Novruz oğlunun da Qarabağ əlili olmadığı bildirilir. Bəzi mənbələrdən qaynarinfo.az saytına daxil olan məlumata görə, Hüseynov Şərif Novruz oğlu hansısa yolla cəmi 1 il əvvəl “Qarabağ əlili” vəsiqəsi əldə edib.


Paylaş:


Müəllif : Tarix:
2-10-2019, 10:09
Sikayət   


loading...
Загрузка...