reklam
Regionxeberlericom.az » Gündəm » Veteranpulu nə qədər artırıla bilər? - Deputatdan maraqlı təklif

reklam

Veteranpulu nə qədər artırıla bilər? - Deputatdan maraqlı təklif
















2025-ci ilin ilk ayında ölkə üzrə minimum əməkhaqqı və pensiyaların artırılacağı açıqlanıb.

Məlumata görə, cari ilin noyabr ayının 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələ ilə bağlı təkliflər təqdim edəcək.

Bəs, bu çərçivədə müharibə iştirakçılarının da müavinətləri artırıla bilərmi? vakansiya

Globalinfo.az-a danışan deputat Razi Nurullayev veteranlarla bağlı dəfələrlə parlamentdə çıxış etdiyini deyib.

Onun fikrincə, hazırda həqiqətən müharibə veteranlarına verilən 80 manatın artırılmasına ehtiyac var:

“Bu məsələnin indiki zamanda hökumətin gündəmində olub-olmadığından xəbərsizəm. Lakin pensiya və maaşlar artırılırsa, düşünürəm ki, veteranpuluna da müsbət yanaşma ola bilər. Müharibə iştirakçıları ilə bağlı tez-tez müzakirə olunur, xahişlər edirik. Doğrudan da 80 manat az bir məbləğdir. Ölkədə 180 minə yaxın müharibə veteranı var. Ümid edirəm ki, heç olmasa, 80 manatın üzərinə 50 manat əlavə olunar və ya məbləğ iki dəfə artırılar. Bu halda məbləğ onların az da olsa dərdinə kömək edə bilər”.

Deputat deyib ki, büdcədə olan artım hazırda əsasən Qarabağın bərpası üçün ayrılır:

“Bilirik ki, bunun üçün çox ciddi vəsait tələb olunur. Amma veteranlarımız da məhz o torpaqlar üçün vuruşublar. Onlar elə 80 manatı məhz buna görə alırlar. İndi həmin pulun artırılmasını gözləyirlər. Ümid edək ki, bu məsələ müzakirəyə çıxarılacaq. Əslində, noyabr ayında parlamentdə gələn ilin büdcəsi müzakirəyə təqdim olunacaq. O zaman israrlı olaraq xahiş edəcəyik ki, 80 manatın artırılmasına töhfə verilsin”.




Paylaş:


Müəllif : Tarix:
28-09-2024, 20:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər