reklam
Regionxeberlericom.az » Gündəm » Zərdab sakini mətbuat vasitəsi ilə prezidentdən kömək istəyir-MÜRACİƏT

reklam

Zərdab sakini mətbuat vasitəsi ilə prezidentdən kömək istəyir-MÜRACİƏT

















RegionXəbərləricom.az-ın email poçtuna Zərdab rayonu Çallı kənd sakini Məmmədov Mehman Məhəmməd oğlu tərəfindən müraciət daxil olub. Zərdab sakini mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayır.

 "Cənab Prezident, mən dəfələrlə Sizə məktub və teleqramla müraciətlər etsəmdə bu müraciətlərimə cavab verilməyir. Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Çağrı Mərkəzi ilə əlaqə saxlayıram  Mənə deyirər ki, bütün müraciətləriniz aidiyyatı üzrə orqanlara göndərilib. Deyirəm ki, Siz göndərirsiniz adiyyatı orqanlara onlarda bizə cavab vermirlər. Siz heç olmasa əlaqə saxlayıb bizə məlumat verin. Cavab verirlər ki, onların bizə məlumat verməyə səlahiyyətləri yoxdur.. Bu necə ola bilər ki, mən Azərbaycan Respublikasının əlacsız qalan vətəndaşı olaraq Prezidentimə müraciət edirəm Prezident Administrasiyasından cavab verirlər ki, bizim dövlət qurumlarına söz deməyə səlahiyyətimiz yoxdur.

Cənab Prezident, müraciətimin əsas səbəbi ondan ibarətdir ki, dəfələrlə Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun qəbuluna düşmək istəsəmdə məni qəbul etmir. rayonlarda keçirilən qəbullarada yazılmaq istəyirəm deyirlər ki, yaşadığım qəbula yazılan rayonlarda Zərdab rayonun adı yoxdur. Zərdab rayonunada nazir Kəmaləddin Heydərovun qəbulu artıq beş ildir ki, yoxdur. Bakı şəhərindədə Kəmaləddin Heydərov vətəndaş qəbulu keçirmir. Müraciət edirəm cavab verirlər ki, Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyində qəbul keçirmir. Yalnız rayonlarda qəbul keçirir. 

Cənab Prezident, mən mətbuat vasitəsi ilə Sizdən kömək istəyirəm. Özüm 24 ildir yeni Azərbaycan Partiyasının üzviyəm. Bu illər ərzində beş dəfə prezident seçkisində fəal iştirak edən və hər dəfədə şəxsən Sizə səs verən vətəndaş kimi Sizə müraciət ünvanlayıram və Sizdən xahiş edirəm ya mənə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qəbuluna düşməyə köməklik edəsiniz yada məni şəxsən özünüz Kəmaləddin Heydərovla qəbul edəsiniz".



 


 





Paylaş:


Müəllif : Tarix:
3-10-2024, 08:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər