reklam
Regionxeberlericom.az » Gündəm » Bankdan 44 min manat kredit götürdü, 1 gün sonra evindən oğurlandı – POLİSƏ MÜRACİƏT ETSƏ DƏ, OĞRU TAPILMIR / ŞİKAYƏT

reklam

Bankdan 44 min manat kredit götürdü, 1 gün sonra evindən oğurlandı – POLİSƏ MÜRACİƏT ETSƏ DƏ, OĞRU TAPILMIR / ŞİKAYƏT













Qobustan qəsəbəsi, Qaradağ rayonu, Massiv 1 A sakini Nağılı Cavid Təbriz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Daxili İşlər Nazirliyinə müraciət edir.

“Yazaraq bildirirəm ki, 7 iyul 2024-cü ildə, səhər saatlarında evimizdən oğurluq olub. Həmin gün səhər saat 7:20-də ailəvi olaraq uşağın imtahanı səbəbindən evdən çıxmışdıq.

İpoteka kreditinə müraciət edib, bankdan 44 min manat pul götürmüşdük. Pulu evdə paltar səbətinin içində gizlətmişdik. İmtahan bitdikdən sonra evə qayıdanda gördük ki, qapı sadəcə örtülü vəziyyətdədir, açarla bağlanılmayıb. Yataq otağına keçəndə isə gördük ki, pul olan çanta boş şəkildə yerə atılıb. Çantada olan 44 min manat pulun hamısı oğurlanmışdır.

DİN-in 102 xidmətinə dərhal məlumat verdik, gəlib əl izlərini götürdülər, qonşular dindirildi. Hadisədən 3 ay keçməsinə baxmayaraq, hələ heç bir xəbər yoxdur.

Məsələ ilə bağlı Daxili işlər Nazirliyinə getmişəm, həmçinin ərizə ilə də müraciət etmişəm. General Arzu müəllimində qəbulunda olmuşam. Sağ olsun, zəng vurub Qaradağ polisinə göstəriş verdi. Ondan sonra Qaradağ polis rəisi məni qəbul etdi.

Bakı şəhər Baş polis İdarəsinə və Nazirlər Kabinetinə də məsələ ilə bağlı məlumat vermişəm. Hər bir qrum söz verir, lakin həbs olunan yoxdur.

Onu da qeyd edim ki, keçən il qonşunun evinə də oğru girmişdi, polis tapa bilmirdi. Daxili işlər naziri Vilayət Eyvazovun qəbulunda olandan sonra oğru tapıldı. Mən də Vilayət Eyvazovun qəbuluna düşmək istəyirəm, alınmır.

Rəsmi qurumlardan xahiş edirəm ki, mənim işimə ciddi yanaşsınlar”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Hurriyyet.az-a bildirildi ki, vətəndaş Cavid Nağılının müraciəti əsasında Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar veriləcək.





Paylaş:


Müəllif : Tarix:
14-10-2024, 09:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər