reklam
Regionxeberlericom.az » Gündəm » Hərbçimiz güllələndi: Aidiyyatı qurumlar hərəkətə keçdi

reklam

Hərbçimiz güllələndi: Aidiyyatı qurumlar hərəkətə keçdi
















Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər   Həsənov Murad Fuad oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin  əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. vakansiya 2023

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq.


 




Paylaş:


Müəllif : Tarix:
22-10-2024, 10:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər