reklam
Regionxeberlericom.az » Gündəm » Eldar Mahmudovla bağlı SENSASİON XƏBƏR - Özü susur, amma...

reklam

Eldar Mahmudovla bağlı SENSASİON XƏBƏR - Özü susur, amma...

















İspaniya məhkəməsi keçmiş milli təhlükəsizlik nazirinin övladlarının böyük miqdarda vəsaiti leqallaşdırması ilə bağlı faktları araşdırır

Azərbaycanda 11 il təhlükəsizlik naziri olmuş Eldar Mahmudovun ailə üzvlərinin xaricdə əmlakları olması barədə xəbərlər yenidən medianın diqqətinə düşüb. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Onun iddiasına görə, İspaniya məhkəməsi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun 3 övladının Mallorka adasında böyük miqdarda vəsaiti leqallaşdırması ilə bağlı faktları araşdırır.

İspaniya Korrupsiyaya qarşı Mübarizə Prokurorluğu onları korrupsiya yolu ilə əldə edilmiş pullar hesabına Palma adasında 50 milyon avro dəyərində mülk və torpaq sahələri almaqda ittiham edir: “İttiham aktına görə mülklərin alışı Kalviada qeydiyyatdan keçmiş iki ispan şirkəti vasitəsilə həyata keçirilib və ümumilikdə 60-dan çox (Valldemossada 23, Kalviada 22 və Palmada 15) mülk əldə olunub. Təkcə Peguera kurort şəhərində 1 əmlaka 9 milyon avro ödənilib. Qeyd olunur ki, Mahmudovların mülklərinin bir neçəsi Anar Mahmudovun adına Seyşel adalarında qeydiyyatdan keçmiş SİNALCO INVESTMENTS LİMİTED şirkətinə məxsus Latviya hesabından bank köçürmələri yolu ilə ödənilib. Bu hesab üzərindən Anar Mahmudov Palma şəhərinin Alexandre Rossello küçəsi 27A ünvanında 4,5 milyon avroya iiki mülk alıb. 206 kv.metr sahəsi olan mənzillər Eldar Mahmudovun qızı Xuraman Mahmudovanın adına alınıb. 101 kvadratmetr sahəsi olan daha bir mənzil Balearın elitar yaşayış kompleksi sayılan Plaza del Comtat del Rosselloda 444,960 avroya alınıb. Eldar Mahmudovun digər qızı Nərgiz Mahmudovanın adına 4,1 milyon avroya əmlak isə xarici görünüşünə görə turistlərin xüsusi marağını cəlb edən modernist üslublu Casasayas binasında əldə edib. Məbləğin bir hissəsi Seyşel adalarındakı şirkətə məxsus Latviya hesabından köçürmə yolu ilə ödənilib. Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğundan araşdırmasına görə, pulun böyük hissəsi Nərgiz Mahmudovaya məxsus və qardaşı Anarın köçürmələri hesabına maliyyələşən Palmanın Portals Nous qəsəbəsindəki filialının hesabından götürülən üç nominativ çek vasitəsilə çatdırılıb. Bu mülk Balear Adaları Ali Ədalət Məhkəməsinin qərargahına çox yaxındır. 2014-cü ilin aprelində isə Eldar Mahmudovun iki övladı Kalviadakı (Calvia) Sol de Mallorca səmtində bir milyon avroya altı mülk alıblar. Qiymət Anarın Latviyadakı şəxsi hesabından dörd bank köçürməsi yolu ilə ödənilib. Keçmiş nazirin övladları Londonda yaşasalar da, Kalvian sahillərinə və Santa Ponça, Puerto Portalları və ya Port Adriano kimi yerlərə tez-tez gəlirlər. Ötən aylarda Palma məhkəməsinin hakimi Eldar Mahmudovun övladları ilə videokonfrans formatında sorğu-sual aparıb, keçmiş nazirin övladları ittihamları rədd ediblər”.

Yada salaq ki, Eldar Mahmudovun oğlu Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, həbsdə olan Cahangir Hacıyevin qızı ilə evlidir, onlar 2012-ci ildə ailə qurublar. Cahangir Hacıyev 14 il Azərbaycanın ən böyük banklarından biri olan Azərbaycan Beynəlxalq Bankına rəhbərlik edib. Hökmə əsasən, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev 16 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Sabiq bankir rəhbərlik etdiyi dönəmdə bankda baş verən qanunsuzluqlarda, ayrılan milyonlarla kreditin geri qaytarılmamasında günahlandırılıb. Cahangir Hacıyevin ölkənin maliyyə bazarında əsas fiqurlardan birinə çevrilməsində ləğv edilmiş MTN generalı Eldar Mahmudovla əlaqələri də əsas rol oynayıb. Bu yaxın qohumluq əlaqəsi onun imkanlarını və bank sektorundakı nüfuzunu daha da möhkəmləndirib.

C.Hacıyev həbs edildikdən sonra həbsxanadan göndərdiyi açıqlamada Eldar Mahmudovun nə Beynəlxalq Bankla, nə də onunla hər hansı bir biznes əlaqəsi olmağını deyib. Halbuki Eldar Mahmudovun övladlarının Londonda məşhur “Harrods” dükanı yaxınlığında təxmini dəyəri 17.35 milyon funt sterlinqə (21,4 milyon dollar) alınmış bir ev də daxil olmaqla, dəbdəbəli mülklər əldə etməsi barədə araşdırma yayılmışdı. Həmin mülkün – idman zalı, spa, kinoteatrlı dördmərtəbəli binanın Londonun varlı məhəllələrindən birində, Kniqtsbriqedə yerləşdiyi bildirilirdi.

Araşdırmada iddia olunur ki, bacı-qardaşın əldə etdiyi daşınmaz əmlaka Britaniyanın sahil şəhəri olan Paul və Bornemut şəhərlərində yerləşən ofis mərkəzləri də daxildir. Ofislərin ümumi dəyəri 13,5 milyon funt sterlinq (16, 7 milyon dollar) təşkil edib.

Yeni iddialarla bağlı E.Mahmudov və ailəsinin hələ ki heç bir reaksiyası yoxdur.

Sabiq naziri uzun müddət sonra ilk dəfə ötən ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun vida mərasimində görünüb.

Xatırladaq ki, R.Əhmədov E.Mahmudovun bacısının həyat yoldaşı olub. (Yeni Müsavat)




Paylaş:


Müəllif : Tarix:
24-10-2024, 09:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər