Putinlə Maskın əlaqəsi ortaya çıxdı: Nədən danışıblar?
Amerikalı milyarder İlon Mask 2022-ci ilin sonundan bəri Vladimir Putinlə müntəzəm əlaqə saxlayır. Mask və Putin arasındakı müzakirələr şəxsi mövzular, biznes və geosiyasi gərginlikləri əhatə edir.
Bu barədə “Voll Strit Jurnal” nəşri yazıb.
Nəşrə görə, təmaslar Qərbdəki bir neçə məmur tərəfindən təsdiqlənib:
“Tərəflər arasındakı danışıqlardan biri də Tayvan mövzusu olub. 2023-cü ilin sonunda Putin milyarderdən Çin lideri Si Szinpinə yaxşılıq olaraq Tayvan üzərindən “Starlink” peyk internetini aktivləşdirməməyi xahiş edib”.
Bildirilib ki, Mask 2022-ci ildən sonra həm də bir neçə rusiyalı yüksək vəzifəli şəxslə danışıb. Onların arasında Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Kiriyenko da olub.
Politoloq Yan Bremmer nəşrə açıqlamasında deyib ki, 2022-ci ilin payızında mask ona Putinlə söhbəti və Kremlin qırmızı xətləri barədə danışıb.
Mask Bremmerə deyib ki, Rusiya Krımı və Ukraynanın neytrallığını nəyin bahasına olursa-olsun saxlayacaq və Krıma ediləcək hücuma nüvə zərbəsi ilə cavab verəcək./Axar.az
Paylaş:
Müəllif : Fuad
Tarix:25-10-2024, 11:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər