Dövlət büdcəsindən pul "sızır"... Su Ehtiyatları Agentliyi milyonlarla manatlıq dotasiyaları "yuyur"
Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyəti üçün milyonlarla dotasiya ayrılır. Qurumun zərərlə işlədiyi məlumdur. Hələ “Azərsu” adlanan dönəmdə zərər hər il 100 milyon manatı keçirdi. Məsələn, 2022-ci ildə göstərici 180 milyon manatdan çox olmuşdu. Üstəlik, bərbad fəaliyyət cəmiyyətdə haqlı və ciddi narazılıq yaratmışdı. Bəlkə də, qurumun adını məhz buna görə dəyişdilər.
Bizimyol.info xəbər verir ki, agentlik dövləti ən çox borclandıran təşkilatlardandır. Xarici borclanmada xüsusi rol oynayır. Su təsərrüfatının idarə olunması da göz qabağındadır. Amma dotasiyanın ardı kəsilmir. Üstəlik, agentliyə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 2 milyon manatlıq tender elan edib. Məlum tender baş verə biləcək qəzaların aradan qaldırılması üçün lazım olan avadanlıq və mal-materialların satın alınması ilə bağlıdır. Alınacaq materialların siyahısı qeyd olunub, məbləğin 2 milyon manatı aşması da. Halbuki çox böyük pullardan söhbət gedir. Həmin pullar şəhər su təsərrüfatını tam qaydasına salmalıdır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sosial platforma səhifələrində yazılan rəylər isə indiyə qədər ayrılan vəsaitlərin bir işə yaramadığını göstərir.
Hövsandan Türkan Bayramova yazıb ki, uzun müddətdir evlərinin yaxınlığından keçən su xəttində sızma müşahidə edirlərmiş. Xidmətin qaynar xəttinə dəfələrlə zəng vurublar, maraqlanan olmayıb. Bu yerdə Türkan xanım “1248 dəfə” ifadəsini rişxəndlə yazıb. Yəni uzun müddətdir problemin həlli üçün çalışırlar. İki gün əvvəl boru partlayıb, evi su basıb. 955 qaynar xəttinə zəng zamanı yalnız laqeydlik görüblər.
Əbülfəz Babazadə yazır ki, Sahil qəsəbəsində tez-tez sular kəsilir. İri Şəhərlərin Birləşmiş Su Təchizatına müraciət edir. Gözlənildiyi kimi, heç bir reaksiya yoxdur.
Eltun Dövlətzadə Xırdalanda kanalizasiya problemi ilə üzləşdiklərini, amma əlaqədar qurumun işə vecsiz yanaşdığını qeyd edib. Onun da müraciəti havada qalıb.
Nə qədər belə problemlər var. Milyonlar nəyə sərf olunur, bilmək olmur. Nə xidmətdirsə, hər halda, əhaliyə xidmət etmir.
Aytən, Bizimyol.info
Paylaş:
Müəllif : Fuad
Tarix:28-10-2024, 08:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər