TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
Ağsu rayonu, Pirhəsənli kənd sakini, 62 yaşlı Xasayev Samir Alxan oğlunun 10 ildən çoxdur ağır ürək, şəkər, yüksək qan təzyiqindən, Parkinson
xəstəliyindən yatağa düşməsinə TƏBİB heç bir reaksiya vermir, faktiki olaraq tibbi xidmətdən imtina edir. Xəstə sonuncu dəfə 11.10.2024-cü ildə Ağsu RMX-nın göndərişi ilə xərəkdə Şamaxı Həkim Məsləhət Komissiyasının (HMK) yoxlamasına aparılıb, amma komissiya, ümumiyyətlə xəstəyə baxmaqdan imtina edib. (?) Komissiya xəstəyə baxıb forma-88 arayışını ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) göndərmək yerinə, xəstəni gətirən ailə üzvləri ilə “sənəd çatışmazlığı” davası edib və qərəzlə xəstənin durumuna göz yumub. Halbuki həmin gün Ağsudan 2 həkimin gətirdiyi sənədlər yoxlamadan keçmədən ƏƏSMN altsisteminə vurulub. Xəstənin ailə üzvlərinin son bir aylıq şikayətlərinə isə TƏBİB cavab verməkdən belə imtina edir . Halbuki tibb xidməti xəstənin ağır durumuna
görə onun ailə üzvlərinə qərəz göstərməsi yolverilməzdir. TƏBİB-in əsas işi xəstələrə tibbi xidmət göstərməkdir. Çoxsaylı şikayətlərdən sonra TƏBİB-in müraciətlərlə iş şöbəsi xəstənin oğluna cavab verib ki, Şamaxı HMK NK-nın qərarı ilə əlillik meyarlarının xəstəyə əlillik təyinatına yol vermədiyi əsası ilə imtina edilib. Birincisi, əlillik təyinatını ƏƏSMN tabeliyində DTSERA həyata keçirir. DTSERA isə rəsmi məktubla bildirib ki, f-88 göndəriləcəyi halda, əlillik qiymətləndiriləcək. 2-cisi, NK-nın qərarında təkcə yüksək qan təzyiqinə görə 1-ci dərəcəli əlillik təyinatı aparılması təsbit olunub. TƏBİB hansı meyarlara istinad edib, şəkərdən gözü tutulan, 2-3 -cü tip ürək çatmazlığı, 180-200 hipertonik təzyiqi, diabetik angiopatiya, diabetik retinopatiya, diabetik polinevropatiya, sabit gərginlik stenokardiyası II-III f/s , Parkinson xəstəsinə əlillik düşmədiyini qərara alıb? 3-cüsü və ən başlıcası, hanı bu 11.10.2024-cü il tarixli imtina qərarı? Xəstəni yoxlamadan, heç üzünə belə baxmadan hansı
vicdan(sızlıq)la belə imtina qərarı verilib və niyə xəstəyə təqdim olunmur ki, ondan inzibati icraat qaydasında, yuxarı orqana, məhkəməyə şikayət verilə bilsin? İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTS DA) sədri Zaur Əliyevə, TƏBİB sədri Vüsal Qurbanova çoxsaylı şikayətlərə, hələ ki, müraciətlərlə iş şöbəsinin şablon cavabı verilir. Bəyəm müraciətlərlə iş şöbəsi xəstəyə tibbi yardımdan imtinaya cavabdehdir? Ailəsi xəstəyə tibbi yardımdan , sənədinin ƏƏSMN-ə göndərilməməsindən, xəstənin həyatını təhlükəyə atılmasından şikayət edir, müraciətlərlə iş şöbəsi Şamaxı HMK-nın xidmətdən imtina etməsini təkrarlayır? Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür. Onda kim cavab verəcək? Ali dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana şikayətlər İTS DA- ya, oradan TƏBİB-ə göndərilir, yardımsız cavabı isə müraciətlərlə iş şöbəsi təkrarlayır. Fikrimizcə, xəstənin həyatını təhlükəyə atdığına görə TƏBİB-in, Şamaxı HMK-nın məsul şəxslərinin məsuliyyəti məsələsinə baxılmalıdır. Bu məsələyə baxmaq isə prokurorluğun boynundadır.
Pir Həsənli
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 08:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər