reklam
Regionxeberlericom.az » Gündəm » Fazil Məmmədovun bankı rəsmən çökdü – Yüksək vəzifəli şəxslər...

reklam

Fazil Məmmədovun bankı rəsmən çökdü – Yüksək vəzifəli şəxslər...



“Atabank” artıq iflas mərhələsindədir.
 regionxeberlericom.az  haqqın.az-a istinadən xəbər verir ki, bu gün səhər bankın artıq tamamilə çökməsi barədə məlumatlar yayılmağa başladı, insanlar banka əmanət qoyan dost-tanışına zəng edərək, qoyulan əmanətləri mümkün qədər tez bir zamanda geri götürmələri haqda xəbərdarlıq ediblər. Bəlkə də bu artıq gecdir.

Bankın vəkili Əkrəm Həsənov bankdakı iflası təsdiqləyib: "Bəli, eşitdikləriniz həqiqətdir".

Onun sözlərinə görə, bank kreditlərlə bağlı problemlər aşkar edib. Ancaq bunlar heç də prezident İlham Əliyevin şəxsi təşəbbüsü sayəsində həllini tapan problemli kreditlər deyil. “Atabank “da söhbət daha çox cinayət xarakterli əməllərdən gedə bilər. Burada milyonlarla manat dəyərində kreditlər verilib və geri qayıtmayıb, ancaq bu, adi vətəndaşlara verilməyib. Və bu cinayət işində Ə. Həsənovun qeyd etdiyi kimi, çox yüksək vəzifəli şəxslər iştirak edir.

Xatırladaq ki, bank keçmiş vergilər naziri Fazil Məmmədovla da bağlıdır. O, yüksək vəzifə tutduğu zaman banka heç kim yaxın düşə bilmirdi. Lakin F. Məmmədov postunu itirən kimi onun holdinqində problemlər də başladı, o cümlədən bankda. “Krışasız" qalan şirkətlər tədricən bağlanıb və artıq növbə banka çatıb. Düzdür, hələ rəsmi olaraq bağlanmayıb, amma gördüyünüz kimi, bu gün çox uzaq da deyil.


Paylaş:


Müəllif : Tarix:
7-10-2019, 19:52
Sikayət   


loading...
Загрузка...