reklam
Regionxeberlericom.az » Gündəm » İmişli yollarının əvəzedilməz təmirçisi “Orion-E” şirkəti kimindir? facebook

reklam

İmişli yollarının əvəzedilməz təmirçisi “Orion-E” şirkəti kimindir? facebook















İmişli şəhərində avtomobil yollarını yenə də “Orion-E” şirkəti təmir edəcək.

Qaynarinfo-nun məlumatına görə, hər il İmişli Rayon İcra Hakimiyyətinin yol təmiri ilə bağlı keçirdiyi tenderin qalibi seçilən “Orion-E” şirkətini bu dəfə də əvəzləyən olmayıb. Yolların təmirinə 582 399,03 manat xərclənəcək.

Yeri gəlmişkən, İmişli Rayon İcra Hakimiyyətinin cari ilin oktyabr ayında şəhid ailələrinin yaşadığı və şəhidlərin adı verilmiş küçələrdə yolların əsaslı təmiri ilə bağlı tender keçirib. Bu tenderin qalibi “Orion-E” şirkəti seçilib. Şirkətin qiymət təklifi 491 469,71 manat olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Orion-E” MMC 10 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 730 030 AZN olan şirkətin hüquqi ünvanı İmişli şəhəri, Ziya Bünyadov küçəsi, ev 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Qasımov Mürsəl İsa oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

Bu sirli şirkət 2023-cü ildə İmişli Rayon İcra Hakimiyyətinin yol təmiri ilə bağlı 583 971,97 manatlıq, 2022-ci ildə 1 149 853, 74 manatlıq tenderlərinin qalibi olub.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevdir. O, icra başçısı vəzifəsinə 21 may 2020-ci il tarixdə təyin edilib. Həmin ilin may ayının 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib. Əməliyyat nəticəsində Elçin Rzayevin sələfi Vilyam Hacıyev həbs edilib.




Paylaş:


Müəllif : Tarix:
6-12-2024, 10:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər