reklam
Regionxeberlericom.az » Gündəm » Lütvəli Babayev camaatdan gizlənirsə... - "Hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar"

reklam

Lütvəli Babayev camaatdan gizlənirsə... - "Hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar"

“Evimiz iki dəfə qrunt suları altında qalıb. Hər dəfəsində suyu çəkib, otaqları qurudub, yenə içərisinə yığışmışıq. Divarlar rütubətdən ot bağlayıb, nəfəs almaq mümkün deyil. Şəraitsiz evdə azyaşlı və xəstə uşaqlar yaşayır. 4 ildir müharibə əlili kimi ev növbəsindəyəm, hər dəfə icra hakimiyyətinə gedəndə boş vədlərlə yola salırlar”.

regionxeberlericom.az DİA.AZ-a istinadən bildirir ki, bunu Zərdabın Əlvənd kənd sakini Gündüz Xasməmmədov deyir. O, sağlamlığını torpaq uğrunda itirib, ikinci qrup əlildir. Qəzalı mənzildə yeddi nəfərdən ibarət ailə yaşayır. Böyük övladı hərbi xidmətdədir, digər övladları isə azyaşlıdır, onlardan biri ruhi xəstədir, üçü isə məktəblidir. Gündüz Xasməmmədov qəzalı evdə yaşayışın çətinliyindən danışır:

“Bu ev 1960-cı ildə tikilib. Dediyim kimi, iki dəfə qrunt suları altında qalıb. Bir neçə dəfə güclü dolu yağması nəticəsində dam örtüyü sıradan çıxıb. Şiferləri özüm bacardığım kimi yamaqlamışam. Xəstə övladımla mənim pensiyam iynə-dərmana gedir, yarıac, yarıtox, birtəhər yaşayırıq, maddi imkanım yoxdur ki, evin üstünü düzəltdirəm, heç olmasa yağış yağanda otaqlar su ilə dolmasın. Ev zorla ayaqda dayanır. Taxtanı divarın bu tərəfindən itələyirsən, o tərəfindən çıxır. Nə edək, necə edək, bilmirik”.

Gündüz Xasməmmədov yaxın günlərdə çadır qurub ailəsini içərisinə yığmaq fikrindədir: “Bir çadır quracağam, içərisinə də bir odun sobası quraşdıracam. Xəstə uşaqları da toplayacam çadıra. Başqa əlacım yoxdur. Körpə uşaqları yağış sularının içərisində necə saxlayım axı? Qarşıdan qış, şaxta gəlir, aidiyyəti qurumlar bizi görsünlər, ruhi xəstə olan uşağımızı görsünlər, səsimizi eşitsinlər, istədiyimiz bir evdir, kömək eləsinlər, tikək, yığışaq içərisinə... Uşaqlarım illərdir ki, əziyyət çəkir. Böyük oğlum hərbi xidmətdədir, evdə daha üç oğlum böyüyür, 18 yaşına çatanda qapını döyüb, bir-bir onları da hərbi xidmətə çağıracaqlar. Mən torpaq üçün vuruşub sağlamlığımı itirmişəm, bu uşaqlarsa şəraitsizlikdən günbəgün sağlamlıqlarını itirirlər”.




Paylaş:


Müəllif : Tarix:
8-10-2019, 09:41
Sikayət   


loading...
Загрузка...