reklam
Regionxeberlericom.az » Gündəm » Netanyahu hakim qarşısına çıxarıldı - Canlı

reklam

Netanyahu hakim qarşısına çıxarıldı - Canlı

















İsrailin Baş naziri Benjamin Netanyahu ifadə vermək üçün Təl-Əviv məhkəməsinə gedib.

Bu barədə məlumatı İsrailin “Kan” dövlət teleşirkəti yayıb. 

O, barəsində başladılan üç cinayət işi üzrə ifadə verəcək. 

Məlumata görə, Netanyahu ölkənin Nazirlər Kabinetinin məhkəmədə ifadə verən ilk rəhbəri olub. 

Qeyd edək ki, 75 yaşlı Baş nazir rüşvətxorluq, dələduzluq və ictimai etibardan sui-istifadə etməkdə ittiham edilir. İstintaq məlumatına görə, Netanyahu və ailə üzvləri amerikalı prodüsser Arnon Milçen və avstraliyalı biznesmen Ceyms Pakerdən bahalı hədiyyələr alıb. Onların dəyəti təqribən 196 min dollar olaraq qiymətləndirilir. 

Netanyahu, həmçinin “Ynot” qəzetinin sahibi Arnon Mozeslə əlbir olaraq dələduzluq və etibardan sui-istifadə etməkdə ittiham olunur.

Məsələ ilə bağlı araşdırma 2016-cı ilin dekabrında başladılıb. Elə həmin ilin noyabrında Netanyahu barəsində ittiham irəli sürülüb.

Məhkəmə prosesi isə 2020-ci ilin mayında başlayıb.




Paylaş:


Müəllif : Tarix:
10-12-2024, 12:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər