Uşaqlar üzərində qəyyumluq və himayəçiliklə bağlı yenilik
Uşaqlar (himayədar ailəyə verilmiş uşaqlar, habelə bu Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya həyata keçirəcək.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, komissiya təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqinin aparılmasını təmin edəcək.
Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-12-2024, 12:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər