reklam
Regionxeberlericom.az » Gündəm » Anar Məmmədov kimin ZAVALINA GƏLDİ? - HƏBSİ BELƏ GÜNDƏMDƏDİR...

reklam

Anar Məmmədov kimin ZAVALINA GƏLDİ? - HƏBSİ BELƏ GÜNDƏMDƏDİR...









Məlum olduğu kimi, artıq iki həftəyə yaxındır Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov vəzifəsindən uzaqlaşdırılıb. Burada maraqlı olanı isə odur ki, bu qərar nədənsə nə Elm və Təhsil Nazirliyi tərəfindən və nə də ki Bakı Şəhəri üzrə Təhsil İdarəsinin özü tərəfindən hansısa şəkildə rəsmi olaraq elan olunmur. Sadəcə olaraq idşənqovulmanı xəbərə çevirənlər və rəsmilərin bu barədə susqunluğu var ki, bu da kifayət qədər ciddi şübhələrə yol açmaqdadır.

Anar Məmmədov əslində ötən həftə işdən çıxarılıb. Rəsmi olaraq belə adlandırırlar ki, Anar Məmmədovla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə xitam verilib. Yəni KİV-ə qeyri-rəsmi olaraq rəsmi mövqe kimi bu izahat ötürülüb. Amma reallıq isə tamam fərqlidir ki, məhz bu da ETN-nin gözləmə mövqeyində durmasına rəvac verməkdədir.

Qeyri-rəsmi, amma gerçəkdən oolan məlumatlara görə isə, Anar Məmmədov bağçalara, məktəblərə direktor, direktor müavini təyin edilməsinin müsahibə mərhələsində yol verdiyi nöqsanlara görə işdən azad olunub.

Qeyd edək ki, Anar Məmmədov Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsinə 2022-ci ildə təyin olunub.

Məsələ təxmin olunandan da ciddidir və iş o həddədir ki, hətta Anar Məmmədova qarşı sübutların toplanması məqsədilə onun dövründə təyin olunmuş bütün kadrların izahatı alınır.

Bu isə kifayət qədər ciddi mətləblərdən xəbər verir. Hər halda, hələ də həbs ehtimalı qalır, anlamındadır və toplanan sübutların nəhayətdə hüquqi addımların atılması üçün səbəb rolunu oynayacağı heç şübhəsizdir.

Məsələ diqqətimizdədir. Və bu barədə hələlik susqunluq nümayiş etdirən həm Anar Məmmədovun və həm də ETN və BŞTİ-nin də hansısa rəsmi izahatını diqqətinizə təqdim etməyə çalışacağıq. Bizi izləməyə davam edin...




Paylaş:


Müəllif : Tarix:
11-12-2024, 11:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər