reklam
Regionxeberlericom.az » Gündəm » İranlı deputatın Azərbaycana dair qərəzli iddiası: “Məsuliyyətə cəlb edilməlidir!”

reklam

İranlı deputatın Azərbaycana dair qərəzli iddiası: “Məsuliyyətə cəlb edilməlidir!”
















İran parlamentinin deputatı Kamran Qəzənfəri sabiq prezident İbrahim Rəisi və onu müşayiət edən şəxslərin hülikopter qəzasında ölümü ilə bağlı qalmaqallı iddia səsləndirib. Onun iddiasına görə, mayın 19-da baş vermiş həmin qəza əslində, "düşünülmüş sui-qəsddir və bu qəsdin arxasında ABŞ, İsrail və Azərbaycan Respublikası durur".

Tehranda keçirilən "Fəryade İran 2" adlı konfransda səslənmiş bu cəfəngiyat İran siyasətçiləri və mediada gərəkli etirazla qarşılanıb. Çünki keçmiş prezident və onunla birlikdə helikopterin göyərtəsində olmuş şəxslərlə bağlı qəza ilk gündən İran Silahlı Qüvvələrin Baş Qərargahına həvalə edilib.

Baş Qərargahın yaratdığı komissiya qəzaya dair 3 hesabat yayıımlayıb.

İlkin hesabatın 3-cü bəndində bildirilib ki: “Qəzaya uğramış helikopterin dağılmış hissələrində güllə izi və s. olmayıb”.

İkinci hesabatın 5-ci və 7-ci bəndlərində isə deyilir: “Helikopterin qalıqları və hissələri üzərində aparılan nümunələr, yəni əsas gövdədən ayrılan hissələrin məsafələrinə əsasən, uçuş zamanı təxribat nəticəsində baş vermiş partlayış halı istisna olunur. İxtisaslı ekspertlərin fikrincə, qəzaya uğrayan helikopterdə elektron müharibə hərəkətlərinin izləri müşahidə edilməyib".

Yekun hesabatın 11-ci bəndi bütün bu amilləri (təxribat və partlayışdan başqa) istisna edir: “Helikopterin hücum və müdafiə sistemləri, elektron müharibə, maqnit sahəsi və lazer hədəfinin yaradılması ehtimalı ekspert tərəfindən araşdırılıb və hər hansı bir müdaxilə aşkarlanmayıb".

Hesabatın xülasəsində bildirilir ki, helikopterin qəzaya uğramasının əsas səbəbi “yaz mövsümündə regionun mürəkkəb iqlim və atmosfer şəraiti”, birdən-birə “sıx və yüksələn duman kütləsinin” yaranmasıdır.

İran mediası bu halları nəzərə alaraq, Kamran Qəzənfərinin iddialarına rəsmi münasibətin bildirilməsi və məsuliyyətə cəlb olunmasını tələb edir.

O cümlədən, "Etemad" qəzeti yazıb: "Silahlı Qüvvələrin Baş Qərargahından Məclis nümayəndələrinin davranışlarına nəzarət komissiyasına (Etika Komissiyası - red.) məktub göndərilməlidir ki, bu tip bəyanatlarla bağlı qanuni tədbirlər görülsün!"

Məncə, həmkarlar çox haqlıdır!




Paylaş:


Müəllif : Tarix:
15-12-2024, 14:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər