Göyçayda təbii fəlakətdən zərər çəkən vətəndaşa kömək edən yoxdur.
Rayonun Bığır kənd sakini Eyyubov İkram Faiq oğluna məxsus olan tövlə təbii fəlakətdən sonra qəzalı vəziyətə düşərək uçmaq təhlükəsi ilə üz-üzə qalıb. İkram Eyyubovun sözlərinə görə, tövlə hər an uça bilər ki, buda həm insan həyatı, həm də saxladığı heyvanlar üçün olduqca təhlükəlidir. İkram Eyyubov bildirir ki, qəzalı vəziyyətdə olan tövləsini təmir etdirməyə maddi imkanı və heç bir köməyi yoxdur.
Vətəndaş təhlükəni önləmək üçün şaxtalı havada iribuynuzlu heyvanlarını çöl şəraitində saxlamağa məcbur olub.
Şikayətçi bildirir ki, dəfələrlə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə, həmçinin Göyçay Rayon İcra Hakimiyyətinin Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə şikayətlər edib. Ancaq indiyədək heç bir tədbir görülməyib.
İkram Eyyubov mətbuat vasitəsi ilə ölkə başçısı İlham Əliyevdən kömək istəyir.
Ətraflı video sujetdə;
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 08:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər