Azərbaycanın 3 idmançısı dopinqə görə CƏZALANDIRILDI
Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb.
RegionXəbərləricom.az AMADA-ya (Azərbaycan Milli AntiDopinq Agentliyi) istinadən xəbər verir ki, Səidə Əliyeva (taekvondo), Günel Vəliyeva (ağırlıqqaldırma) və Rövşən Xəlilov (pauerliftinq) yarışlardan diskvalifikasiya olunub.
Hər üç idmançının cəzalandırılmasına səbəb nümunələrində qadağan edilmiş maddələrin aşkarlanması olub. S.Əliyevada “furosemid”, G.Vəliyevada “methyltrienolon”, R.Xəlilovda isə “metandienone” aşkarlanıb.
S.Əliyeva yarışlardan iki, digər idmançılar isə dörd il müddətinə uzaqlaşdırılıb. Taekvondoçu ilə bağlı sanksiya başlama tarixi bu il fevralın 16-sı göstərilib.
Dörd illik cəzalandırılan G.Vəliyeva ilə bağlı sanksiyanın isə 2023-cü il sentyabrın 7-dən etibarən başladığı təsdiqlənib.
Pauerliftinqçi R.Xəlilovun cəzası isə 2021-ci il noyabrın 18-dən qüvvəyə minib.
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 10:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər