reklam
Regionxeberlericom.az » Gündəm » Əhmədzadənin kadrları da özü kimi "işləyir"... - İDDİA

reklam

Əhmədzadənin kadrları da özü kimi "işləyir"... - İDDİA


Ağcabədidə Yuxarı Qarabağ Kanalının mühafizə zolağı satılıb. regionxeberlericom.az bildirir ki, bu barədə PİA.az-a daxil olan məlumatda iddia olunur ki, şəkillərdə gördüyünüz bu restoranın inşası üçün Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov 15 min manat alıb və bu restoranın tikintisinə icazə verib.

Qeyd edək ki, Yuxarı Qarabağ kanalı su ötürmə qabiliyyətinə görə ölkənin ən böyük kanalıdır və bu kanal Aran Qarabağ və Mərkəzi Aran rayonlarının su ilə təminatında strateji əhəmiyyət daşıyır. Əsasnaməyə əsasən Yuxarı Qarabağ kanalının mühafizə zonası 50 metr təşkil edir və bu zonada hər hansı tikinti işləri aparmaq qəti qadağandır. Lakin gördüyünüz kimi Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov üçün bu qadağalar heş bir əhəmiyyət daşımır. Önəmli olan puldur...

Əldə etdiyimiz məlumata görə Yuxarı Qarabağ Kanalı üzərində onlarla belə obyekt var.

Xatırladaq ki, Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadəyə çox yaxın adam hesab olunur. Görünür ki, idarə rəisi də Əhmədzadəyə yaxınlığına görə heç bir hədd və qayda tanımmır...


Paylaş:


Müəllif : Tarix:
9-10-2019, 09:20
Sikayət   


loading...
Загрузка...