“İştirakçı olmaq üçün 20-30 min verməyə...” - “Maşın”da iştirak qalmaqalı
Xəbər verdiyimiz kimi, Xalq artisti Nəzakət Teymurova “Maşın” şouya heç vaxt qatılmayacağını, yüngül şeylərə görə sənətini heç etməyəcəyini bildirib. “Şou ilə bağlı təklif gəlməyib. Bir çox şeylər nə mənə, nə də sənətimə uyğundur. Amma Murad Dadaşovun özündən təklif gəlsə belə, qəbul etmərəm. Sənətimi o maşından və var-dövlətdən yüksəkdə tuturam. Sənətimi çox sevirəm. Yüngül şeylərə görə özümü və sənətimi heç edə bilmərəm”, - deyə xanəndə bildirib
Bəs həqiqətənmi “Maşın” şouya qatılmaq iştirakçıların sənətinə, işinə mənfi təsir edir? Mövzu ilə bağlı “Maşın” şounun iştirakçısı olan bəzi şou-biznes nümayəndələri ilə əlaqə saxladıq.
Xalq artisti Bilal Əliyev şouda iştirakından peşmançılığını dilə gətirib:
“Ümumiyyətlə, mən özüm kimi insanlara məsləhət görmürəm ki, orada iştirak etsinlər. Çünki, sonu çox pisliklə qurtarır, insanlar çox dava edir və bir-birini aldadırlar. Kimsə nəyəsə and içir, sonra isə sözünü tutmur. Xeyli söz-söhbət əmələ gəlir. Ona görə də, mən şəxsən istəməzdim, həmin şouda olum. Əlbəttə, bəzən ola bilir ki, iştirakçının sənətinə də qismən xələl gəlsin. Haradasa, təxminən.
Məsələn, dayanmısan orada, ağıllı adamsan, seçimini çox gözəl edə-edə gedirsən. Amma kimsə orada kəmfürsət hərəkət edə bilər. Məsələn, bəziləri düşünür ki, mən cavanam, enerjili adamam və dayana bilərəm axıra qədər. Amma elə bir şey ola bilir ki, elə insan çıxır oraya, deyir ki, mən filankəsi çıxarmayacağam, lakin hiylə işlədir. Sonra götürür səni çıxardır. Ondan sonra artıq xalq arasında başlanır ki, “O kim idi, səni çıxardı?” filan... Ona görə də Nəzakət xanım düzgün seçim edir, getmir”.
Prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik) Nəzakət Teymurovanın şouda iştirakını düzgün saymadığını deyib:
“Bilirsiniz, Nəzakət xanım özü sənətkardır. Nəzakət xanımın gedib xalqın qarşısında bir maşına görə, əlini qoyub dayanmağı düzgün deyil. Bu realiti-şou dünyanın hər yerində var. Murad Dadşov 14 ildir, bunu Azərbaycanda edirsə, bunu gənclər üçün edir. Amma bəzən yaşlı nəsilə də şans verir ki, onlar da maşına sahib çıxa bilsinlər. Bu yaşlarında heç olmasa elə-belə udsunlar bu maşını. Bu o demək deyil ki, oraya ancaq sənətkarlar yığılmalıdır. Orada cavanlar olmalıdır, çünki 5-6 saat ayaq üstə dayanırsan, qalmaqallar, stress… Sizcə, kim cürət edər?
Təsəvvür edin ki, bir cavan var, yanında da Nəzakət Teymurova. Hansı cavan onun çıxması üçün xalqdan səs istəyər? Fikirləşin ki, Nəzakət xanım çıxıb orada deyir ki, mənə səs verin, filankəsi çıxaracağam. (Gülür) Əslində, onların sənətləri toxunulmazdır, amma oraya düşmək istəyən müğənnilər var ki, bir gün qalıb iştirakçı olmaq üçün belə 20-30 min verməyə razıdırlar. Amma bildiyimə görə, Murad Dadaşov şouya dəvət üçün heç vaxt, heç kimdən pul almır”.
Əməkdar artist Mehriban Xanlarova şouda iştirakın sənətə heç bir dəxli olmadığını, bu mövzuda Xalq artisti ilə razılaşmadığını vurğulayıb:
“Vallah, mən özüm bilirsiniz ki, bir neçə dəfə həmin şouda olmuşam. Mənim nə sənətimə, nə adıma şounun heç bir təsiri olmayıb. Mən iştirakçı olduğum vaxt, yeri gələndə zövq almışam. Düzdü, stress, əsəb keçirirsən. Haqqı sübut etmək üçün bəzi çətinliklər çəkirsən, amma buna baxmayaraq, şouda iştirak mənə ləzzət edib. Bunun mənim adıma, əməkdar artist olmağıma nə dəxli var? Başa düşmədim, biz orada nə edirik ki? O da bir oyundu, şoudur. Ya udursan, ya da uduzursan, vəssalam. Yeri gələndə insanların, elə özüm də daxil olmaqla iç üzünün açıldığı yerdir. Görünməyən tərəflərimiz o qədər var ki, insanlar görünməyən tərəflərini o qədər gizlədirlər ki…”
“Maşın” şounun üç dəfə iştirakçısı olan Allahverdi Yolçuyev də Nəzakət Teymurova ilə razılaşmayıb:
“Xeyr, bu bir oyundur. Əslində, elə içi mən qarışıq, hamımız oyun oynayırıq. Orada Xalq artisti də var, Əməkdar artist də var. Oyunda Rafael Dadaşov da, Valeh Kərimov da, Şərqiyyə xanım da olub. Yəni bizim ağsaqqallarımız, böyük sənətkarlarımız da iştirak edib. Bu həyat tərzini dəyişdirmək üçün maraqlı bir oyundur. Hər halda, insan orada öz xarakterini göstərir, oyun oynayır. Nəzakət xanımın fikirləri ilə razı deyiləm. Hərənin öz düşüncəsi var, hərə bir cür fikirləşir. Nə deyə bilərik? Güclə deyəsi deyilik ki, yox, sən belə fikirləşmə”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:9-10-2019, 16:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:9-10-2019, 16:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti