“Qara qutu”dakı məlumatlar Qazaxıstana veriləcək – Proses başladı
Braziliyalı mütəxəssislər Aktau yaxınlığındakı təyyarənin qəzaya uğradığı ərazidən tapılan “qara qutular”ı öyrənməyə başlayıblar.
Bu barədə Qazaxıstan KİV-də məlumat dərc olunub.
“Ekspertlər bildirirlər ki, baş verənləri simulyasiya etmək və faciənin səbəblərini müəyyən etmək üçün virtual reallıqdan istifadə edərək qrafik rekonstruksiya yaratmaq planlaşdırılır”, - məlumatda deyilir.
Braziliyanın “G1” portalının məlumatına görə, çıxarılan məlumatlar qəzanın təhlili və təhqiqatına cavabdeh olan Qazaxıstan Aviasiya Qəzalarının Təhqiqat Departamentinə veriləcək.
Qeyd edək ki, təyyarənin “qara qutular”ı şifrənin açılması üçün “Embraer”in istehsalçısı Braziliyaya göndərilib. Proses Qazaxıstan, Azərbaycan və Rusiyadan olan müstəntiqlərin iştirakı ilə aparılır.
Xatırladaq ki, AZAL-a məxsus təyyarə dekabrın 25-də Aktau yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-01-2025, 11:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər