GDU-nun Akif Çovdarovla nə əlaqəsi var? - Universitetdən CAVAB
Son günlər bəzi internet saytlarında Gəncə Dövlət Universiteti və onun rəhbərliyi ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Gəncə Dövlət Universiteti haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından universitetdə təhsil alan tələbələr və müəllim kollektivi böhtan xarakterli bu məqalələri qətiyyətlə pisləyir və öz iradlarını bildirirlər.
Son illər ərzində universitetin infrastrukturu müasirləşdirilib, maddi texniki bazası zənginləşdirilib, kadr potensialı yüksəldilib, həmçinin ali təhsil müəssisəsinin dünyanın, xüsusən də Avropanın qabaqcıl elm-təhsil mərkəzləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formada əməkdaşlıq əlaqələri genişlənib.
Yeni tədris ili respublikamızın qərb bölgəsinin qocaman, böyük və nüfuzlu ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti üçün yüksək göstəricilərlə başlayıb. Belə ki, bu təhsil ocağına daxil olan tələbələrin sayı bu il müstəqillik dövründəki bütün illərlə müqayisədə ən yüksək həddə çatıb. Ötən il Gəncə Dövlət Universiteti qəbul planının yerinə yetirilməsinə görə respublikanın universitetləri arasında 2-ci və 3-cü yerləri bölüşüb. Bu ilki qəbul planının yerinə yetirilməsinə görə isə Gəncə Dövlət Universiteti Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblər arasında ilkin sıraya yüksəlib.
Həmçinin yüksək balla daxil olan tələbələrin sayına görə də Gəncə Dövlət Universitetində yüksək nəticələr qeydə alınıb. Belə ki, bu il GDU-ya 500-dən yuxarı balla daxil olanların sayı 92 nəfər, 600-dən yüksək bal toplayan gənclərin sayı isə 6 nəfər olub. Həmçinin,bildirmək istəyirik ki, Gəncə Dövlət Universitetində qeydə alınmış bu göstəricilər region universitetləri arasında ən yüksək göstəricidir.
Göründüyü kimi, Gəncə Dövlət Universitetində olan inkişaf göz qabağındadır,universitet günü gündən böyük nailiyyətlər qazanır.Amma buna baxmayaraq, bəzi media orqanlarında guya GDU-da olan "anarxiya" ilə bağlı materiallar dərc olunur və bu materiallarda konkret heç bir fakt göstərilmir, ümumi sözlərlə universitetin artan ictimai nüfuzuna zərbə vurmağa çalışılır.
Aydındır ki, bu yazıları müxtəlif saytlara göndərənlər tərəqqini, inkişafı gözü götürməyən, hər bir mütərəqqi ideyalara qarşı çıxan müxalif fikirli insanlardır. Həmin yazılarda ali təhsil müəssisəsinin büdcəsinin formalaşması, universitetin büdcəsinə daxil olan vəsaitin xərclənməsi mexanizmi haqqında tamamilə həqiqətə uyğun olmayan, deyərdik ki, sərsəm və təəsüf doğuran, təhrif olunmuş, gülünc fikirlər irəli sürülür. Əvvəla biz hesab edirik ki, həmin ideyalar iqtisadiyyatdan, maliyyə məsələlərindən xəbəri olmayan kəslərin xəstə təxəyyülünün məhsuludlur. Ona görə oxucuları bu məsələ ilə əlaqədar müəyyən məlumatlarla tanış etmək qərarına gəldik.
Qeyd edək ki, Universitetlərin büdcəsi iki mənbədən gələn vəsait hesabına formalaşır:
1) Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli 220 nömrəli “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tədbiq edilməsi barədə” Fərmanına əsasən adambaşına maliyyələşmə prinsipinə uyğun olaraq dövlər sifarişi ilə təhsilalanların təhsil haqqı xərcinin dövlət tərəfindən qarşılanması nəticəsində daxil olan vəsait;
2) Ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqının ödənilməsindən daxil olan vəsait.
Universitetin büdcəsində toplanmış vəsaitin xərclənməsi üçün hər ilin əvvəlində illik smeta layihəsi tutulur və burda il ərzində xərclənəcək vəsaitin xərclənmə istiqamətləri öz əksini tapır.Universitet tərəfindən hazırlanmış xərclər smetası yuxarı təşkilatlarla razılaşdırılaraq təsdiq olunur və vəsaitin xərclənməsi yalnız təsdiq olunmuş smeta layihəsinə əsasən həyata keçirilir. Məlumat üçün bildiririk ki, GDU-nun büdcə vəsaitinin 82 faizi əmək haqqı fonduna və DSMF-nin ödənişlərinə yönəldilmişdir. Qalan vəsait isə universitetin kommunal xərclərinin (elektrik enerjisi, su, qaz təchizatı və s.) qarşılanmasına, maddi-texniki bazanın möhkəmləndirilməsinə, cari təmirə və digər vacib istiqamətlərə sərf olunur.
Başqa sözlə verilmiş yazılarda vəsaitin xərclənməsi ilə bağlı irəli sürülən fikirlər absurddur, həqiqəti əks etdirmir.
Yazılarda iddia olunan əmək haqqı məsələsi ilə əlaqədar bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə sentyabrın 1-dən respublikamızda minimum əmək haqqı 250 manat müəyyənləşdirilib. Bu Fərmana müvafiq olaraq universitetdə qeyd olunan məbləğdən aşağı əmək haqqı alan
əməkdaşların əmək haqqı sentyabr ayının 1-dən etibarən 250 manata qaldırılıb.
Professor-müəllim heyətinin və digər əməkdaşların əmək haqqları son illərdə ardıcıl olaraq 12% və 13% artırılmışdır. Bundan əlavə universitetin “Fəxri professor”larına, elm və tədrisdə uğurları olan əməkdaşlara hər ay əlavə ödənişlər edilir, mükafatlar verilir, stimullaşdırıcı tədbirlər həyata keçirilir.
Ölkəmiz dinamik inkişaf edir, onun iqtisadi qüdrəti gün-gündən yüksəlir. Bunun nəticəsi olaraq Dövlət Başçısı tərəfindən xalqımızın maddi-rifah halının yüksəlməsi, hər bir vətəndaşın daha rahat və firavan yaşaması üçün tədbirlər həyata keçirilir, mütəmadi olaraq əmək haqqları artırılır. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 oktyabr 2019-cu il tarixli 428 nömrəli Qərarına əsasən ali təhsil müəssisəsində hər bir təhsilalana düşən illik təhsil xərci 01 sentyabr 2019-cu il tarixdən artırılmışdır. Beləliklə, universitetin büdcəsinə daxil olacaq əlavə vəsait professor-müəllim heyətinin və digər əməkdaşların 2019-cu il sentyabr ayının 1- dən etibarən əmək haqqının artırılmasına yönəldiləcəkdir.
Yazılarda qeyd olunan turniketlə bağlı bildirmək istəyirik ki,universitet əməkdaşları arasında əmək intizamını daha da gücləndirmək, işdən yayınmaların qarşısını almaq məqsədilə eksperiment kimi tədris binalarının birində turniket quraşdırılmasına qərar verilib,bu turniketlərin birinin qiyməti isə saytlarda iddia olunduğu kimi 270000 manat yox, 4000 manatdır. Gələcəkdə bütün tədris binalarında turniketlərin quraşdırılması nəzərdə tutulur.
Universitetin yataqxanaları ilə bağlı yazılanlarla əlaqədar olaraq bildirmək istəyirik ki, Təhsil Nazirliyi tərəfindən universitetin kitabxana və tələbə şəhərciyinin, yeməkxana kompleksinin yenidənqurulması üçün 8 milyon manat vəsait ayrılıb. Yaxın zamanlarda Gəncə Dövlət Universitetinin yeni kitabxana və yataqxanalarının yeməkxana kompleksinin istifadəyə verilməsi planlaşdırılır. Cavad Rəfibəyli küçəsində yerləşən yataqxana binası isə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə yenidən qurulacaqdır və bunun üçün həmin təşkilat tərəfindən kifayət qədər böyük vəsait ayrılıb.
Saytlarda qeyd olunan MTN zabiti Akif Covdarovun cinayət işi ilə bağlı olaraq bildirmək istəyirik ki,bu məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.Universitetin təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənovu bu işlərlə əlaqələndirmək kimlərinsə sayıqlamalarından başqa bir şey deyil.
Universitetin tədris binalarının cari təmiri ilə əlaqədar olaraq bildirmək istəyirik ki,bu məqsədlə heç kimdən pul yığılmır,universitetin büdcəsindən bu işlərə kifayət qədər vəsait ayrlır və təmir işləri həyata keçirilir.
Yazılarda adı çəkilən Azərbaycan Texnologiya Universitetinin baş müəllimi Fizuli Fərəci ilə bağlı yazılanlarla əlaqədar bildirmək istəyirik ki,bu şəxslə universitetin heç bir əlaqəsi yoxdur.Tədris binalarında olan bütün otaqların nömrələri və laboratoriyaların hər birinin adları yazılan lövhələr var,bunların dəyişdirilməsi məsələsi gündəmdə deyil.Əgər bu məsələ nə vaxtsa meydana çıxarsa, universitetin büdcəsindən həmin məqsədlə lazımi qədər vəsait ayrıla bilər.
Saytlarda qeyd olunan işə yeni qəbul edilən şəxslərlə bağlı bildirmək istəyirik ki,yazılanlar iftiradan başqa bir şey deyil.Belə
ki,universitetdə yeni işə qəbul olunan gənclər ixtisaslı mütəxəssislərdən ibarət xüsusi komissiyanın iştirakı ilə açıq dərs keçirlər.Əgər müvafiq ixtisasa uyğun şəxslərdən təşkil olunmuş xüsusi komissiya bu açıq dərsə və iddiaçının boş olan ştatı tutmasına müsbət rəy verərsə,həmin şəxslərlə sınaq müddəti nəzərə alınmaqla əmək müqaviləsi bağlanılır. Bu məsələdə yüksək ixtisaslı gənclərə üstünlük verilir.
Qəbul planı ilə əlaqədar bildiririk ki, əvvəlki illərdən fərqli olaraq son illərdə GDU-nun qəbul planı yüksək nəticələrlə yerinə yetirilir (96-97%). Bu isə universitetdə tədris üçün yaradılan şəraitlə, şəffaflığın təmin olunması və tələbələrə göstərilən diqqət və qayğı ilə bağlıdır. Qəbul planı layihəsi hazırlanarkən daha perspektivli, əmək bazarında ehtiyac olan ixtisaslara qəbul artırılır, perspektivsiz, abituriyentlərin maraq göstərmədiyi ixtisaslara isə daha az tələbə qəbulu planlaşdırılır.Gələcəkdə bununla əlaqədar hətta bəzi ixtisaslara (əmək bazarında tələbat olmayan ixtisaslar) tələbə qəbulu dayandırıla bilər.
Məlum olduğu kimi son illər Azərbaycan Respublikasında təhsilin inkişafı ilə əlaqədar cənab Prezident tərəfindən bir neçə sərəncamlar imzalanmış və Təhsil Nazirliyi bu sərəncamlardan irəli gələn məsələləri həll etmək üçün fəaliyyət planı işləyib hazırlamışdır.Burada hədəf ölkəmizdə təhsilin keyfiyyətini, onun beynəlxalq rəqabətliyini artıraraq Azərbaycan təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını təmin etməkdən ibarətdir. Ədalət naminə qeyd etməliyik ki, Təhsil Nazirliyi tərəfindən son illər bu sahədə çox əhəmiyyətli işlər görülmüş, bir çox layihələr həyata keçirilmiş, dərin və məzmunlu islahatlar aparılmışdır.Gəncə Dövlət Universitetinin çoxminli kollektivi də Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrdə, islahatlarda fəal surətdə iştirak edərək universitetin dinamik inkişafını təmin edir.
Göründüyü kimi məlum yazılarda sadalanan "faktlar" kimlərinsə məqsədli şəkildə uydurulmuş fantaziyalarından başqa bir şey deyil.
Ümumiyyətlə,bildirmək istəyirik ki,Gəncə Dövlət Universiteti ilə bağlı kütləvi informasiya vasitələrində gedən böhtan xarakterli yazılar reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Bu yalan və böhtanları Gəncə Dövlət Universitetinin bütün kollektivinə qarşı yönəlmiş hesab edirik.
Biz buradan üzümüzü bəzi saytlara və qəzetlərə tutub xahiş edirik ki,Gəncə Dövlət Universitetində görülən işləri görmədən yalan və şantaj xarakterli anonim şəkildə göndərilmiş yazıları dərc etməyəsiniz,özündə heç bir fakt daşımayan məlumatları araşdırmadan yaymayasınız.
Xahiş edirik ki, yazı hazırlayarkən əvvəlcə işi araşdırın, sonra olduğu kimi dərc edin. Çünki, kimlərsə araqarışdırmaq üçün böhtan xarakterli yazıları yazıb, bu məktubdan xəbəri olmayan ayrı-ayrı şəxslərin adından kütləvi informasiya vasitələrinə göndərirlər. Axı, bu yazılanları araşdırmaq həm də KİV haqda qanunun tələbidir.
Hörmətlə,
Gəncə Dövlət Universitetinin mətbuat xidməti
Paylaş:
Müəllif : Yazar
Tarix:10-10-2019, 12:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-10-2019, 12:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08