reklam
Regionxeberlericom.az » Gündəm » Əməliyyat zamanı şam üfürən həkim işdən çıxarıldı

reklam

Əməliyyat zamanı şam üfürən həkim işdən çıxarıldı

















Əməliyyat zamanı iş yoldaşları ilə birlikdə doğum gününü qeyd edən “German Hospital”ın mama-ginekoloqu Ləman Əliyeva işdən çıxarılıb.  

Bu barədə klinikanın direktor müavini Səftər Əliyev məlumat verib. 

Onun sözlərinə görə, bu barədə beş nəfərdən ibarət komissiyanın apardığı araşdırmadan sonra qərar qəbul edilib.

S. Əliyev bildirib ki, həmin hadisəyə görə, həmçinin klinikanın baş tibb bacısı da vəzifəsindən azad edilib. O, klinikada tibb bacısı vəzifəsinə keçirilib. 

Qeyd edək ki, hadisə yanvarın 8-də baş verib. Mama-ginekoloq Ləman Əliyevaya əməliyyat zamanı iş yoldaşları tərəfindən sürpriz edilib. Belə ki, hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şam üfürüb.

Bu görüntülərin sosial şəbəkədə yayılmasından sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2 000 manat cərimələnib.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 12:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər