Qəzənfər Ağayev heç bu kəndə ayaq basıbmı? - GİLEY
Vaqo kəndi Astara rayon məkəzindən uzaqda yerləşir. Oradan Bakı-Astara yoluna isə çox yaxındır. Kənddə müasir tipli məktəb binası inşa edilib, əsas yolları asfaltlaşdırılıb. Ancaq Kəndin mərkəzindən uzaqlaşdıqca mənzərə dəyişir. Asfalt yol qurtarır, torpaq yol başlayır. Torpaq yolda 100-150 metr uzunluqda elə bir problem yoxdur. Ondan sonra yolda su çalaları, çamur qarşımızı kəsir. Bizi qarşılayan kənd sakinlərinin məsləhətinə qulaq asıb, ayaqqabımızı dəyişirik. Kənd sakini Zeydulla Cəbiyev deyir ki, 3-4 ildir yolla bağlı yuxarı təşkilatlara şikayət edirlər:
“Bura kəndin sonudur. Sağımız da, solumuz da dağdır. Kəndin mərkəzindən buraya 4 kilometrdir. Bu yolun 2 kilometri yararsızdır. İndi bir az yaxşıdır. Yağış yağdı, yol keçilməz olur. Bu ətrafda 100-dən yuxarı ev var, 50-60 uşaq məktəbə gedir. Uşaqların əksəriyyəti bu yolu gedə bilmir. Uşaqlarımız savadsız böyüyür. Əlifbanı bilmirlər, kitab oxumurlar. Savadsız nəsil yetişir. Dedik ki, kömək edin heç olmasa yolun bir kilometrini düzəldək. Vəd verdilər. Hətta bizdən pul topladılar. Amma heç nə etmədilər.”
“QIŞDA BURALAR KEÇİLMƏZ OLUR”
Elektirk naqilləri ağaclara, payalara bərkidilib. Elektirk dirəklərini görmədik. Kənd sakinləri deyir ki, külək əsəndə, qar yağanda işıq həftələrlə kəsilir. Sakinlərdən Gülarə Cəfərova belə yaşayışdan bezdiklərini dilə gətirir:
“Bizdə təkcə yol problem deyil. İşıq qismən olsa da, təbii qaz ümumiyyətlə yoxdur. Beş nəvəm var, hamısı da oğlandır. Sabah gələcək, mənə deyəcək ki,əsgərə göndər. Onu demək istəyirəm ki, uşaqlarımız gün görmürlər. Savad yoxdur. Müəllimlər də xəbər göndərirlər ki, uşaqlar dərsə gəlsinlər. Yol pisdir. Uşaq necə dərəsə getsin? Qışda buralar keçilməz olur. Mənim 70 yaşım var. Gecə oldu işıq yanmır, qarşımdakı xörəyi görmürəm. Əvvəllər sayğac yox idi. Sayğac qoydular, məni 170 manat cərimə etdilər. Mən bu pulu haradan gətirim? ”
Kəndin 12 yaşlı sakini Elməddin Nəhmətov dərs ilində çox az məktəbə getdiyini söyləyir:
“Vaqo kənd orta məktəbinin beşinci sinfində oxuyuram.Yol palçıqdır, gedə bilmirəm, qorxuram. Keçdiymiz körpülər təhlükəlidir.”
“ÜÇ UŞAĞIM VAR MƏKTƏBƏ GETMİRLƏR”
Kəndin digər sakini Göyərçin Mahmudova da yola görə uşaqlarını məktəbə göndərə bilmədiyini söyləyir. Eyni məsələni sakinlərdən Aynur Kərimova da dilə gətirir :
“Üç uşağım var. İbtidai siniflərdə oxuyurlar. Məktəbə getmirlər. Yola görə göndərə bilmirəm. Məktəbə 4 kilomter yoldur, iki kilometri bu gündədir. Demək olar ki, yol keçilməzdir. Uşaq palçığa, çaya düşə bilər. Yol olsa bir maşın tutub məktəbə göndərərik.”
Həyətlərdə doğranmış odun gözə dəyir. Kənd sakinlərindən biri atına odun yükləyib aparırdı. Sakinlər deyir ki, yeməklərini də odun sobasında bişirirlər. Hər evdə maye yanacaqla işləyən lampa və odun sobası var.
“BURDA HEÇ KİMDƏ KOMPUTER YOXDUR”
Kənd sakini Araz Səmədov isə deyir ki, işsizlik nəzərə alınmasa, bu kəndin əsasən 3 problemi var:
“Birinci yoldur. Payızda, qışda yol demək olar ki, keçilməz olur. Vaqo kəndin mərkəzində yol asfaltlaşdırılıb, təbii qaz və elektirk enerjisi var. Biz kəndin sonunda yaşayırıq. Bizdə cəhənnəmdir. Yolu gördüz. İkinci əsas problem elektirk xəttinin yarıtmaz halda olmasıdır. Elektirk xəttini öz hesabımıza çəkmişik. 2015-ci ilə kimi evlərdə elektrik sayğacı olmayıb. Ondan sonra sayğac qoydular və əhalini cərimə etdilər. Mənə 574 manat cərimə yazdılar. Halbuki, ayda 2 manatdan da az işıq yandırıram. Çünki bizə işıq vermirlər. Verəndə də zəif yanır .Gecə saat birə kimi işıq olmur. Lampa işığında qalırıq. Keçən əsirdə olduğu kimi. Soyuducular, televizorlar işləmir. Üçüncü əsas problem, təbbi qazın olmamasıdır. Halbuki, əsas qaz xətti kəndin içindən keçir. Amma bizə vermirlər. Odun sobası yandırırıq. Siz internet deyirsiniz, bizə yuxu kimi gəlir. Burda heç kimdə kompyuter yoxdur”.
RƏSMİLƏR NƏ DEYİR?
Rəsmilər isə kənd sakinlərin dediklərini qərəzli hesab edirlər.
Vaqo kəndi Siyəkü kənd inzibati ərazi dairəsinə daxildir. Ordan bizə bildirdilər ki, Vaqo kəndində təbi qaz var, yollar da asfaltlaşdırılıb.
Rəsmilər habelə vurğuladılar ki, şikayətçilərin olduğu sözü gedən ərazilərdə evlər yeni tikilib. Yeni tikilən evlərə isə, hələlik, qaz xətti çəkilməyib.
Siyəkü bələdiyyəsinin sədri Usaməddin Hüseynov isə həmin ərazidə yolla bağlı problemin olduğunu təsdiq etdi:
“Dəfələrlə bu məsələ qaldırılıb. Orada yolun çəkilişi Dövlət Proqramına salınıb. Yol asfaltlaşdırılacaq.”
Astara rayon Elektirk Şəbəkəsi-ndə də onların ünvanına deyilənlərlə razılaşmadılar:
“Bütün evlərdə sayğac var.Yalınız qaydanı pozanlar cərimə olunurlar.”
Astara rayon Təhsil Şöbəsində isə yolla bağlı deyilənləri bahanə sayırlar. Üstəlik, onların deməsinə görə, uşaqların dərs davamiyyətlərində problem yoxdur.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-03-2019, 11:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-03-2019, 11:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24