Yanğın zamanı Mahsun da qızı ilə orada imiş - Foto
Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğın zamanı məşhur müğənni Mahsun Kırmızıgül də qızı ilə orada olub.
Müğənni bu haqda sosial şəbəkə hesablarında yazıb.
Mahsun 8 yaşlı qızı Lavinlə semestr tətili üçün Kartalkayaya getdiyini bildirib.
“İki gün əvvəl qızımla semester tətilinə Kartalkayaya gəldik. Dünən gecə saat 5-6 radələrində otağın telefonu zəng çalmağa başladı, kənardan səslər gəlirdi. Biz o səslərə oyandıq. Yanğın baş verən oteldən 50 metr aralıda idik. Bu dəhşətli yanğın idi. İnsanlar öz həyatlarından narahat idilər. Xizək təlimatçıları səfərbər edildi. İnsanlar qorxulu anlar yaşadılar. Allahdan həyatını itirənlərə rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dramatik mühitdə insanların çarəsizliyinə şahid olmaq çox üzücüdür. Belə otellərdə yanğından xilasetmə çox vacibdir. Bəlkə də olsaydı, ölümlər daha az olardı. Ehtiyat tədbirləri görmək lazımdır”, - o qeyd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 20:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər