Referendum nə zaman keçiriləcək? - YAP-çı deputat tarix açıqladı
2025-ci ildə yeni Konstitusiya ilə bağlı referendumun nə vaxt keçiriləcəyinə dair təxminlərə biri də əlavə olunub. Milli Məclisin üzvü Elman Nəsirovun bu barədə öz rəyi var.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan YAP-çı deputat Milli Məclisin deputat bildirib ki, referenduma dair səhih və tam informasiya yanvarın 28-də məlum olacaq:
“Dekabr ayının 28-də Prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik ili” elan etdi. Eyni zamanda, həmin sərəncamın sonuncu bəndində qeyd olunub ki, Nazirlər Kabineti 1 ay müddətində bu sərəncamdan irəli gələn təkliflərini irəli sürsün. Bu məntiqlə yanaşsaq, ən geci yanvarın 28-dək Nazirlər Kabineti “Konstitusiya və Suverenlik ili” ilə bağlı konkret təkliflərini irəli sürməlidir.
Azərbaycanda 3 dəfə - 2002, 2009 və 2016-cı illərdə konstitusiyada dəyişikliklərlə bağlı referendum keçirilib. Hakim partiyanın nümayəndəsi kimi deyə bilərəm ki, YAP çərçivəsində belə bir müzakirə və referendumun keçirilməsi ilə bağlı bağlı iclas olmayıb. Bütün bunlar Prezidentin səlahiyyətində olan məsələlərdir. Amma əgər doğrudan da qeyd edilən istiqamət üzrə addım atılacaqsa, bu məsələyə partiya səviyyəsində də yanaşılacaq.
Bu il həm də Konstitusiyanın qəbul edilməsinin 30, ərazi bütövlüyümüzün təmin edilməsinin isə 5 ili tamam olur. BArtıq yeni tarixi dövrə daxil olmuşuq və bu dövr çərçivəsində qanunvericilik bazasının möhləmləndirilməsi, yeni şəraitə uyğunlaşdırılması kimi məqamlar ön plana çıxır. Daha çox müzakirə olunan məsələlərdən biri yerli idarəçilik sistemində baş verə biləcək dəyişikliklərlə bağlıdır.
Konstitusiyamızda yerli icra hakimiyyəti icra başçısı kimi təsbit olunub. Eyni zamanda, Prezident Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda prezidentin xüsusi nümayəndəsi institutunu tətbiq edib. O bildirib ki, effektiv olacağı təqdirdə, digər ərazilərdə də bu təsisatın tətbiqinə baxıla bilər. Bu baxımdan, digər bölgələrdə də prezidentin xüsusi nümayəndəsi institutunu ətbiqi məsələsi artıq aktuallaşır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 11:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər