reklam
Regionxeberlericom.az » Gündəm » Sabiq MTN-çi məxfi əməkdaşlığa cəlb edildi - Şok detallar

reklam

Sabiq MTN-çi məxfi əməkdaşlığa cəlb edildi - Şok detallar


Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan 1977-ci il təvəllüdlü Bəhruz Yusifzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

regionxeberlericom.az Teleqraf.com-a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib, hazırlıq iclası oktyabrın 18-nə təyin edilib.

Bəhruz Yusifzadə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Bəhruz Yusifzadə təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xaricə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşının vasitəsilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə görüşlər təşkil edib, onlar tərəfindən maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, yenidən Azərbaycan xüsusi xidmət orqanlarından hər hansı birinə işə düzəlməyə cəhd etmək barədə tapşırıq alıb.

Bəhruz Yusifzadə göstərilən istiqamətdə fəaliyyət göstərərkən ifşa olunub.

Bəhruz Yusifzadənin casusluq fəaliyyətinə, xarici xüsusi xidmət orqanlarından maddi vəsait qəbul etməsinə dair çoxsaylı video və sair materiallar əldə edilib.

Bəhruz Yusifzadənin barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.


Paylaş:


Müəllif : Tarix:
11-10-2019, 12:25
Sikayət   


loading...
Загрузка...