reklam
Regionxeberlericom.az » Gündəm » Ağcabədidə evdə qumbara partladı, 5 nəfər həlak oldu - Yenilənib

reklam

Ağcabədidə evdə qumbara partladı, 5 nəfər həlak oldu - Yenilənib

















Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb.

Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Tns.az saytı yayıb.

***

Hadisə qəsəbə sakini M.Məmmədova məxsus evdə baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində ev sahibi ilə yanaşı, daha 4 nəfərin vəfat etdiyi, onlardan 3-nün azyaşlı olduğu bildirilir.

Qumbaranın M.Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirildiyi bildirilir.

***

Baş Prokurorluq partlayışla bağlı məlumat yayıb.

Bildirilib ki, yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərin birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən partlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. 

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Ağcabədidə əl qumbarası partlaması nəticəsində ölən 5 nəfər və yaralanan 3 nəfərin kimliyi məlum olub.

Trend-in məlumatına görə, hadisə zamanı Quliyeva Fatimə, Quliyev Bəhruz, Quliyev Şamil, Məmmədli Məhəmməd, Məmmədli Murad həlak olublar.

Məmmədli Ülviyyə, Quliyeva Aysun, Quliyev Natiq isə yaralanıb.

Qeyd edək ki, daha öncə 5 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilirdi.

***

Hadisə ilə bağlı TƏBİB-dən cavab olaraq bildirib ki, bu gün saat 11:30 radələrində partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

“Onlardan 1985-ci il təvəllüdlü qadına aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü azyaşlı qıza isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub.

Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir. Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 13:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər