reklam
Regionxeberlericom.az » Gündəm » Temperatur kəskin enəcək, külək güclənəcək, yağıntılar... - XƏBƏRDARLIQ

reklam

Temperatur kəskin enəcək, külək güclənəcək, yağıntılar... - XƏBƏRDARLIQ
















Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 3-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Bunu ekologiya və təbii sərvərlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O vurğulayıb ki, hazırkı hava şəraiti əvvəlcədən proqnozlaşdırıldığı kimidir:

"Yer səthində gündüz saatlarında havanın temperaturunun nisbətən yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması nəticəsində inversiya dumanı formalaşır.

Ötən günlərdə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16 dərəcə isti qeydə alınıb. Ötən gün iqlim normasından 6.7 dərəcə yüksək olub. İqlim normasından yüksək temperatur rejimi regionlarda da qeydə alınır. Əsasən sakit küləksiz havada həm də inversiya qatının yaranması dumanlı hava üçün əlverişli şərait sayılır.

Hazırda Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə dumanlı hava şəraiti müşahidə olunur və görünüş 200 metrədək məhdudlaşır".

U.Tağıyeva Azərbaycanda qışın sərt keçəcəyi ilə əlaqədar yayılmış informasiyaların öz əksini tapmadığını bildirib. O qeyd edib ki, həmin məlumatlar ölkənin rəsmi qurumunun yaydığı informasiya deyil:

"Faktiki müşahidələr də bu kimi fərziyyələrin təsdiqini tapmadığı haqqında xəbər verir. Belə ki, dekabr və yanvar aylarında orta aylıq temperatur normadan 1.2 dərəcə yuxarı olub. Fevralın ilk günlərində normadan nisbətən yüksək temperatur rejimi davam edəcək.

Hər il olduğu kimi fevral ayı ərzində də soyuq dövrlər istisna edilmir və əhaliyə bu barədə 3-4 gün öncədən xəbərdarlıqlar təqdim olunur. Fevralın 5-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, yağıntılı olacağı proqnozlaşdırılır. Müxtəlif hava saytları mövcuddur və bəzi hallarda orada təqdim olunan məlumat, rəsmi orqanın məlumatından fərqli olur. Buna görə daha dəqiq məlumatları meteo.az mobil tətbiqindən əldə etmək mümkündür".





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 13:07
Sikayət   


loading...
Загрузка...