reklam
Regionxeberlericom.az » Gündəm » Rusiyada polislərə bu səlahiyyət verildi

reklam

Rusiyada polislərə bu səlahiyyət verildi

















Bu gündən etibarən Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları əcnəbi vətəndaşların inzibati qaydada ölkədən çıxarılması barədə qərar qəbul edə biləcəklər.

Bu barədə məlumatı Rusiya DİN yayıb. 

Bundan əvvəl qanunsuz miqrantların ölkədən çıxarılması barədə qərarı yalnız məhkəmələr verə bilirdi. 

Bununla yanaşı, bu gündən başlayaraq sərhəd nəzarətindən keçərkən Rusiyaya giriş və ya çıxış qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmə tədbirləri tətbiq ediləcək.

Belə ki, bu qaydanın pozulmasına görə adi vətəndaşlar 2000 – 5000 rubl, vəzifəli şəxslər 30 000 – 50 000 rubl, hüquqi şəxslər isə 400 000 – 800 000 rubl arasında cərimə ediləcəklər.

Xatırladaq ki, ötən il Rusiyada 80 mindən çox miqrant miqrasiya qaydalarını pozduğuna görə, məcburi qaydada ölkədən çıxarılıb. 2023-cü ildə isə bu rəqəm 44,2 mindən bir qədər çox təşkil edib.

Onu da qeyd edək ki, martın 5-dən Rusiyada qeyri-qanuni olan və ya qanunu pozan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədən çıxarılması üçün miqrasiya rejimi qüvvəyə minir. Bu xüsusda, miqrantlar üçün müəyyən hüquq və azadlıqlar məhdudlaşdırılacaq və onlara miqrasiya sahəsində federal dövlət nəzarəti tədbirləri də tətbiq ediləcək.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 11:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər