reklam
Regionxeberlericom.az » Gündəm » Dərsdə halı pisləşən 15 yaşlı şagird öldü - Yenilənib

reklam

Dərsdə halı pisləşən 15 yaşlı şagird öldü - Yenilənib

















Mingəçevir İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə dərs zamanı halı pisləşən şagird ölüb.

2010-cu il təvəllüdlü Yusif Yusifov bir ay əvvəl ürək əməliyyatı keçiribmiş.

Bu gün dərsdə Y.Yusifovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya aparılan şagirdin həkiməqədər ölümü baş verib.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də Mingəçevir şəhəri, İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Bildirilib ki, Yusif Yusifov ailənin tək övladı imiş. O, ötən ilin noyabr ayında ürəyindən əməliyyat olunubmuş.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 17:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər