reklam
Regionxeberlericom.az » Gündəm » Dərs zamanı mobil telefondan istifadə qadağan ediləcək - Tarix açıqlandı

reklam

Dərs zamanı mobil telefondan istifadə qadağan ediləcək - Tarix açıqlandı
















Gələn il tədris ilində şagirdlərin dərs zamanı mobil telefonlardan istifadəsi məhdudlaşdırılacaq.

Bunu "Qaynarinfo"ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib.

Ekspert şagird davranış qaydalarını özündə əks etdirən bu pilot layihənin ötən tədris ilində 300-dən çox məktəbdə həyata keçirildiyini diqqətə çatdırıb:

"Gələn ildən etibarən ölkəmizdə fəaliyyət göstərən 4400 məktəbin hər birində şagird davranış qaydaları öz əksini tapacaq. Bunlardan biri də şagirdlərin dərs zamanı mobil telefonlardan istifadəsinin məhdudlaşdırılmasıdır. Bu da növbəti dərs ilindən etibarən tətbiq olunacaq".

Təhsil ekspertinin sözlərinə görə, şagirdlər sinfə gedərkən telefon aparmayacaqlar:

"Onlar təhsil müəssisəsinə, yaxud da sinfə kimi telefonla gələ bilərlər, amma sinfə girərkən telefon onlardan alınacaq. Ola bilər ki, məktəbin girişində, yaxud da hansısa otaqda yer ayrılsın və telefonlar orada saxlanılsın. Şagirdlər dərsdən çıxan kimi telefonunu götürəcək".

Ekspert bu qərarı dərslərin keyfiyyəti üçün müsbət addım kimi dəyərləndirir.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 22:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər