![reklam](/templates/tema/images/saythazir.png)
Qripi bu yolla müalicə edənlərə xəbərdarlıq: Şok keçirə bilərsiniz!
Son zamanlarda Türkiyədə "sarı serum" olaraq bilinən və soyuqdəymə, qrip, yorğunluq kimi şikayətlər üçün istifadə edilən serumların istifadəsi ilə bağlı ölüm halları qeydə alınıb. Məsələn, Adanada əczaçının tətbiq etdiyi sarı serumdan sonra ağırlaşan 24 yaşlı Selinay Yüksekbaş 18 yanvarda həyatını itirib.
Bundan beş gün əvvəl isə Afyonkarahisarda qrip şikayəti ilə klinikaya müraciət edən 44 yaşlı Mehmet Gündoğan, serumun bitməsinə yaxın pisləşərək vəfat edib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür serumlar ciddi allergik reaksiyalara səbəb ola bilər və yalnız həkim nəzarəti altında, xəstəxana şəraitində tətbiq edilməlidir.
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən allerqoloq Şahvələd Məmmədov bildirib ki, son vaxtlar kəskin respirator və mövsümi xəstəliklərin yayılması insanlarda müəyyən təşviş yaradıb:
“Xəstələrin əksəriyyəti əczaxanalara və tibb məntəqələrinə müraciət edərək sistem qoşdurmaq istəyirlər. Hazırda bir çox tibb bacıları heç bir həkim təyinatı olmadan evlərdə sistem qoşur. Onlar müəyyən biliklərə sahib olduqlarını düşünsələr də, əsasən həkimlərin yazdığı reseptləri əzbərləyərək eyni prosedurları təkrarlayırlar. Halbuki sistem qoşdurmaq, antibiotik qəbulu və ya hər hansı inyeksiya ciddi həkim nəzarəti altında həyata keçirilməlidir. Antibiotik istifadəsi zamanı allergik reaksiyalar, hətta anafilaktik şok və ölüm halları baş verə bilər. Ölkəmizdə də bu cür hadisələrin yaşandığı məlumdur”.
Həkim vurğulayıb ki, dünyanın heç bir yerində virus infeksiyalarının müalicəsi üçün sistem qoşdurmaq əsas tibbi prosedur kimi tətbiq edilmir:
“Koronavirus pandemiyası dövründə yalnız ağır vəziyyətdə olan xəstələrə sistemlər qoşulurdu, çünki onların reabilitasiyası üçün bu, vacib hesab edilirdi. Lakin allergik insanların vitaminlərə və antibiotiklərə qarşı yüksək həssaslığı olduğuna görə, onlarda anafilaktik şok və ölüm halları risklidir.
Bu səbəbdən, kəskin respirator virus infeksiyalarında sistemə ehtiyac yoxdur. Xəstəliyin gedişatını antiviral preparatlarla, eləcə də qızdırmasalıcı və ağrıkəsici dərmanlarla tənzimləmək mümkündür. Hər hansı tibbi prosedur yalnız mütəxəssis nəzarəti altında və həkim məsləhəti əsasında həyata keçirilməlidir”.
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739003280_resize-3.jpg)
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

![reklam](/templates/tema/images/reklam300.png)
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1738927297_1.jpg)
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1738866043_1.jpg)