reklam
Regionxeberlericom.az » Gündəm » Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?

reklam

Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?












Çox uzaq yox, elə keçən ilin noyabr ayının 7-də açılışı baş tutan Çex Respublikasının paytaxtı Praqa şəhərindəki "Azərbaycan Evi" ilə bağlı ilginc iddialar səsləndirilib. "DİA-AZ" xəbər verir ki, səslənən iddialar oldquca ilginc mənzərəni ortaya çıxarır və eyni zamanda gərəkən dövlət qurumlarımızın təcili müdaxiləsini zəruri edir. İddialardan belə aydın olur ki, adı "Azərbaycan Evi" olan bu qurum əslində Rusiyanın xüsusi xidmət orqanlarına bağldır.

Amma fakt budur ki, sözügedən təsisat rəsmən Azərbaycan dövlətinə aiddir. Lakin iddialar belə zəmin yaradır ki, açılışı da köhnə Böyük Oktyabr Sosialist İnqilabının (BOSİ) ildönümünə (7 noyabr) təsadüf edən bu "Azəırbaycan Evi"ndə təsadüfi işlər yox, qaranlıq oyunlar həyata keçirlir.

Qeyd edək ki, bu vaxta qədər Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dünyanın 17 ölkəsində Azərbaycan Evi açılıb və Praqdakı ünvan da onlardan biridir. Amma səslənən iddialardan belə aydın olur ki, sən demə, altında rəsmi Azərbaycan dövlətinin imzası olan və açılışnda Çexiyada yaşayan soydaşlarımızla yanaşı, yerli ictimaiyyətin nümayəndələri, diplomatik korpusların təmsilçilərinin də iştirak etdiyi və səfirimiz Adış Məmmədovla yanaşı Diasporla İş üzrə Dövlət Komitəsini sədri Fuad Muradovun da ağız dolusu tərif etdiyi Çexiyadakı "Azərbaycan Evi" hal hazırda qeyd olunan məram və məqsədə xidmət etmir.

"Dia.az" olaraq hazırda Çexiyada yaşayan Zamiq Məmmədli adlı ictimai fəalın iddialarını təqdim edir və eyni zamanda bu məsələ ilə bağlı aidiyyatı dairələrin gərəkən izahatı verəcəyinə ümid edirik.

Beləliklə, Z.Məmmədli bildirir:

"Praqada “Azərbaycan Evi” yoxsa Rusiya agentura şəbəkəsi?

Azərbaycan vergiödəyicilərinin pulu ilə Praqada “Azərbaycan Mədəniyyət Evi” (“Ázerbájdžánsky kulturní dům”) adlı, Çexiyada rəsmi qeydiyyatı olmayan qondarma propaganda mərkəzi açılıb. Lakin ora Çexiyada yaşayan rusların görüş yerinə çevrilib.

Leyla Begim (Cəfərova) adlı Çexiyada daşınmaz əmlak, maklerlik şirkətinin (Natavan Society LTD) rəsmi sahibi olan qadın da rəhbər təyin edilib.

Maliyyə birbaşa bu əmlak şirkəti vasitəsi ilə ötürülür.

Çexiyada yaşayan azərbaycanlılara bir faydası olmayan bu landromatda “rus gecələri” təşkil edilir.

Ministerstvo vnitra Národní bezpečnostní úřad Bezpečnostní informační služba (Çexiya Daxili İşlər Nazirliyi və Təhlükəsizlik İnformasiya Xidməti ) yəqin ki, yaxın vaxtlarda bu casus yuvasını araşdıracaq.

Azərbaycan hökuməti casusluqda ittiham edib bağladığı Bakıdakı “Rus Evi” Русский дом в Баку ilə praktiki olaraq, analoji mərkəzə çevrilməkdə olan Praqadakı “Ázerbájdžánsky kulturní dům” haqqında nə düşünür görəsən?

Azərbaycan dövlət büdcəsindən, vətəndaşların vergiləri, amansız cərimələri ilə xaricdə Kremlin casus şəbəbəkəsinimi maliyyələşdirir? Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edirəm: cavab verin! Suallar çoxdur…"





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 10:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər