reklam
Regionxeberlericom.az » Gündəm » Ukraynada Rusiyaya işləyən yüksəkrütbəli məmur ifşa edildi - Foto

reklam

Ukraynada Rusiyaya işləyən yüksəkrütbəli məmur ifşa edildi - Foto

















Ukrayna Təhlükəsizlik Xidməti (UTX) öz sıralarında Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) işləyən əməkdaşını ifşa edib.

UNIAN xəbər verir ki, Rusiya xüsusi xidmət orqanları üçün işləyən Antiterror Mərkəzinin Baş İdarə rəisi polkovnik Dmitri Kozyura bu gün səhər saatlarında həbs edilib.

Təhlükəsizlik xidməti onun qanunsuz fəaliyyətinin 14 epizodunu sənədləşdirib.

UTX rəhbəri Vasili Malyuk Kozyuranın əməllərinin araşdırılması ilə məşğul olan əməliyyat-istintaq qrupuna şəxsən daxil olub və onun həbs əməliyyatına rəhbərlik edib.

Malyuk xüsusi əməliyyatın bütün mərhələləri barədə birbaşa Ukrayna Prezidenti Volodimir Zelenskiyə məruzə edib. Bildirib ki, UTX sözügedən polkovnik vasitəsilə uzun müddət düşmənə dezinformasiya ötürüb. Bu, ilk olaraq əks-kəşfiyyat tədbirləri, sonra isə cinayət işi çərçivəsində baş tutub.

Saxlanılan vəzifəli şəxs dövlətə xəyanət maddəsi üzrə ittiham olunacaq. Onu əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası gözləyir.





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 12:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər