reklam
Regionxeberlericom.az » Gündəm » Ucarda 14 avtomobil toqquşdu - Ölən və yaralananlar var - FOTO - YENİLƏNİB

reklam

Ucarda 14 avtomobil toqquşdu - Ölən və yaralananlar var - FOTO - YENİLƏNİB

















Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qulubənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

RegionXəbərləricom.az -ın xəbərinə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 14 ədəd avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən dörd nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

saat 06.42

Ucarda baş verən qəzada hələlik şəxsiyyəti dəqiqləşdirilməyən 1 kişi və 1 qadın ölüb.

Hadisə zamanı xəsarət alan 12 nəfərin adları aşağıdakı kimidir:

1980-ci il təvəllüdlü Məmmədov Ruslan Mahmud oğlu,

2007-ci il təvəllüdlü Əliyeva Səbinə Vasif qızı,

1969-cu il təvəllüdlü Qasımov Mərdan Əkbər oğlu,

1960-cı il təvəllüdlü Əhmədov Şahid Yusif oğlu,

1963-cü il təvəllüdlü Abdulayeva Nəcibə İbrahim qızı,

1955-ci il təvəllüdlü Əliyev Əlövsət İlyas oğlu,

1983-cü il təvəllüdlü Hüseynov Aftandil Rəşid oğlu,

1981-ci il təvəllüdlü Bayramov Samir Rəhim oğlu,

1981-ci il təvəllüdlü Məmmədov Niyaməddin Mahmud oğlu,

1960-cı il təvəllüdlü Əliyeva Günəş Əli qızı,

2020-ci il təvəllüdlü Allahverdizadə Nəriman Taleh oğlu

1981-ci il təvəllüdlü Məmmədov Əlizamin Telman oğlu Ucar Rayon Xəstəxanasına yerləşdiriliblər.

İlkin yardım göstərildikdən sonra bütün zərərcəkənlər Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

***

03:56

Ucarda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanlar olub.

Hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, 13 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 10-dan yuxarı şəxs xəsarət alıb.

Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.

                 




Paylaş:


Müəllif : Tarix:
16-02-2025, 11:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər