Hökumətdə hansı qurumlar ixtisara düşəcək? – Maraqlı mülahizələr
Nazirlər Kabinetinin fəaliyyətində dinamikliyi artırmaq və onu çevik quruma çevrilməsi gündəmdən düşməyib.
ƏTRAFLI
hunergroup.az
Oktyabrın 8-də Baş nazir dəyişikliyi əslində bu planın icrasını sürətləndirmək məqsədi daşıyır. Struktur islahatları yalnız Nazirlər Kabinetinin aparatında aparılan dəyişikliklərlə məhdudlaşmayacaq.
Bir-birini təkrarlayan qurumların birləşdirilməsi, bəzi strukturların ümumiyyətlə ləğvi və s. struktur islahatlarında əsas prioritetdir. Bu, həm çevik idarəçilik, həm də büdcədə izafi xərclərin qarşısını almaq baxımından önəmlidir.
Ehtimal olunur ki, ilk olaraq Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin birləşdirilməsi məsələsi gündəmdədir. Hökumət mətbəxinə bələd olan ekspertlərin, həmçinin deputatların struktur islahatları barədə danışarkən tez-tez gömrük və vergi orqanlarının birləşdirilməsinin vacibliyini vurğulaması da belə bir planın olması barədə ehtimalları gücləndirir.
Fəqət, bu mövzuda fərqli mülahizələr də irəli sürülür. Bəzi ekspetlər hesab edir ki, gömrük və vergi orqanları Maliyyə Nazirliyinə birləşdirilə bilər. Millət vəkili Vahid Əhmədov da vergi və gömrük orqanlarının birləşdirilməsi barədə danışarkən hər iki qurumun gələcəkdə Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərəcəyini istisna etməmişdi.
“Hər iki dövlət qurumu vergi yığan orqandır və onların topladığı vergilər büdcəyə gedir. Büdcəyə nəzarət funksiyasını səlahiyyətli orqan kimi Maliyyə Nazirliyi həyata keçirir. Bir çox ölkələrdə vergi və gömrük orqanları Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gələcəkdə Azərbaycanda da bu məsələyə baxıla bilər”, - deyə Vahid Əhmədov bildirmişdi.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin də yenidən İqtisadiyyat Nazirliyinin tərkibinə veriləcəyi ehtimal edilir. Məlumat üçün deyək ki, sözügedən komitə əvvəllər bu nazirliyin (həmin dövrdə İqtisadi İnkişaf Nazirliyi adlanıb) tərkibində departament formasında fəaliyyət göstərib. İndi yenidən onun İqtisadiyyat Nazirliyinə birləşdirilməsi ilə təkliflər səsləndirilir.
Bəzi məlumatlara görə, Təhsil Nazirliyi ilə bağlı da müəyyən dəyişiklərin olacağı nəzərdən keçirilir. Güman olunur ki, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyi “Elm, Təhsil və Mədəniyyət Nazirliyi” adı altında birləşdirilə bilər.
Diasporla İş üzrə Dövlət Komitəsinin isə Xarici İşlər Nazirliyinə birləşdiriləcəyi barədə mülahizələr səsləndirilir.
Struktur islahatlarının mərkəzi icra orqanlarının daxilində də həyata keçirilməsi nəzərdə tutulur. Ehtimallara görə, bəzi qurumların səlahiyyətləri məhdudlaşdırılacaq, bəzi qurumlarda isə bir-birini təkrarlayan idarə və şöbələr ləğv ediləcək.
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-10-2019, 13:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-10-2019, 13:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25