reklam
Regionxeberlericom.az » Gündəm » Avropa liderləri Ukrayna üçün Londonda - Fotolar

reklam

Avropa liderləri Ukrayna üçün Londonda - Fotolar

















Londonda Ukrayna üzrə Avropa sammiti başlayıb.

Bu barədə AP məlumat ayıb.

Birləşmiş Krallığın Baş naziri Kir Starmerin təşkil etdiyi toplantıda 18 ölkə və birliklərin nümayəndələri iştirak edir.

Sammitə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, habelə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antoniu Koşta, NATO-nun Baş katibi Mark Rütte və Ukrayna Prezidenti Volodimir Zelenski qatılıb. Türkiyəni görüşdə xarici işlər naziri Hakan Fidan təmsil edir.

Toplantıda müzakirələrin əsas mövzusu Ukraynanın mövqeyinin gücləndirilməsi, o cümlədən Kiyevə hərbi təchizat və Rusiyaya iqtisadi təzyiqlərin artırılması olacaq.





Paylaş:


Müəllif : Tarix:
Dünən, 19:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər