reklam
Regionxeberlericom.az » Gündəm » "İcra başçısı deyir ki, əmlakını satıb, bizə 3 milyon 200 min manat verməlisən" - ZƏRDABIN RƏHBƏRİ HAQDA ŞOK İTTİHAMLAR / FOTO

reklam

"İcra başçısı deyir ki, əmlakını satıb, bizə 3 milyon 200 min manat verməlisən" - ZƏRDABIN RƏHBƏRİ HAQDA ŞOK İTTİHAMLAR / FOTO








Şirvan şəhər sakini Həsənov İlham Böyükkişi oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

"Hörmətli Prezident!

Mən, Həsənov İlham Böyükkişi oğlu, yazaraq Sizdən kömək gözləyirəm. Bilirəm ki, bu müraciətim sizə çatsa, başıma açılan bu haqsızlıqlara son veriləcək.

20 ildir YAP-ın üzvüyəm. Həmçinin, 2015-ci ildən Dövlət Məşğulluq Agentliyindədə iş növbəsindəyəm. 

Bildirirəm ki, Əlibayramlı (Şirvan-müəl.) Şəhər İcra Hakimiyyəti başçısının 30 yanvar 1996-cı il tarixli sərəncamına əsasən “Ləman” kəndli fermer təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı üçün 60 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı "Ləman" Kəndli Fermer Təsərrüfatına “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı" verilmişdir. "Ləman" kəndli Fermer Təsərrüfatının mülkiyyətinə verilmiş 60 ha torpaq sahəsinin koordinatları hal-hazırda Salyan Rayon İcra Hakimiyyəti başçısının 15.09.2014-cü il tarixli, 200S sərəncamı ilə Səfərov Əhəd Heybət oğluna ayrılmış 1150 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Lakin bildirmək istəyirəm ki, "Ləman" Kəndli Fermer Təsərrüfatının mülkiyyətinə torpaq sahəsi 1996-ci ildə verilmişdir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edillməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan(inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 

Hazırda isə məni təhdiq edən Zərdab rayon icra başçısı bildirir ki, "həmin əmlakı satıb, bizə 3 milyon 200 min manat verəcəksən". Dəfələrlə şərlənmə, hədə-qorxu ilə üz-üzə qalmışam. Post-patrul xidməti cinayətkarmışam kimi daim məni izləyir. Özüm namaz qılan, oruc tutan adamam. Az qalıram əmlakı verim, özüm də vətəndaşlıqdan imtina edim. 17 yaşında əkiz övladlarım təzyiqlərə məruz qalaraq dünyasını dəyişdilər. İllərdir işsizlikdən əziyyət çəkirəm.

Cənab Prezident!

Şirvanda əkin üçün 60 hektar yerim var, əkinlərimi, bağı sulamaq üçün mənə icazə vermirlər. İcra başçısı deyir: "sən kimsən, bu sudan istifadə edəsən?!" Ayda 4 dəfə məhkəmələrdə oluram. Artıq yorulmuşam. Mənə aid olan torpağımdan, əmlakımdan istifadə edə bilmirəm. 77 min manat haqsız yerə cərimə olunmuşam. Torpağım daim istifadədə olub. Bu günə kimi də vergiyə borcum olmayıb.

Xahiş edirəm, bu problemimlə bağlı göstəriş verəsiniz. Artıq haqsızlığa tab gətirə bilmirəm".

 Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(Müxalifət.az)





Paylaş:


Müəllif : Tarix:
Bu gün, 14:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər