Şirkət rəhbəri nazirlikdən Prezidentə şikayət etdi.... – Müraciət

Hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 48, mənzil 40-da yerləşən, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, o cümlədən texniki xidmət və təmir işlərini həyata keçirən “Yanğın.az” MMC-nin rəhbəri Aslanov Elşən Hüsü oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Möhtərəm Prezident!
Yazıb Sizə bildirirəm ki, rəhbərlik etdiyim ‘Yanğın.az’ MMC 2018-ci ilin mart ayından fəaliyyət göstərir. Şirkət yanğın təhlükəsizliyi sistemlərinin quraşdırılması üzrə ixtisaslaşdırılıb və İqtisadi İnkişaf Nazirliyinin verdiyi xüsusi lisenziya əsasında fəaliyyət göstərir. Bu müddət ərzində saysız-hesabsız binalarda və qeyri-yaşayış obyektlərində yanğın təhlükəsizliyi sistemləri quraşdırılıb, FHN-ə təhvil verilmişdir.
Ölkə başçısının imzaladığı fərmana əsasən, ölkədə qeyri-yaşayış obyektlərinin özəlləşdirilməsi prosesi artıq 2-ci ildir həyata keçirilir. 2024-cü ilin sonunadək bizim gördüyümüz işlər şərtsiz olaraq qəbul olunurdu. Yəni verdiyimiz sənədlər FHN tərəfindən qəbul olunurdu. Lakin 2025-ci ilin fevral ayından etibarən bizim tərəfimizdən verilən sənədlərə FHN-in əməkdaşları tərəfindən süni şəkildə maneələr yaradılır. Belə ki, “Yanğın.az” MMC tərəfindən görülmüş işlərin sənədlərini qəbul etmirlər. Obyekt sahiblərinə bildirirlər ki, yalnız “Safe Life” MMC tərəfindən görülən işləri qəbul edirik. Bu da birmənalı şəkildə bu sahədə monopoliyanın yaranmasıdır.
Bundan əlavə, nəzərinizə çatdırıram ki, belə bir vəziyyətin yaranması şirkətimdə işləyən işçilərin işsiz qalmasına səbəb olur. “Yanğın.az” MMC-də Qarabağ qazisi, Qarabağ müharibəsi veteranları işləyir. Bu da onların əmək haqqı almalarında çətinliklər yaradır.
Xahiş edirəm, bu məsələlər dərindən araşdırılsın, şirkətlərin normal ab-havada işləməsinə şərait yaradılsın. Ölkəmizdə sağlam rəqabət olsun”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(Müxalifət.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:Bu gün, 14:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"İcra başçısı deyir ki, əmlakını satıb, bizə 3 milyon 200 min manat verməlisən" - ZƏRDABIN RƏHBƏRİ HAQDA ŞOK İTTİHAMLAR / FOTO