reklam
Regionxeberlericom.az » Gündəm » Məktəblərdə yoxlamalar başlanır? - Direktor və müəllimlərin NƏZƏRİNƏ

reklam

Məktəblərdə yoxlamalar başlanır? - Direktor və müəllimlərin NƏZƏRİNƏ
















Məktəb direktorları ilə bağlı sosial şəbəkələrdə paylaşılan informasiyalar, yayılan videolar vaxtaşırı müzakirə obyekti olur. Elm və Təhsil Nazirliyi bu sahəyə nəzarət etdiyini, yoxlamaların aparıldığını bildirsə də, direktorların adı hələ də rüşvətdə, qeyri-qanuni yığımlarda hallanır.

Nazirlik niyə direktorlarla bacara bilmir?

Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, bunun üç səbəbi var:

“Sistemin köklü problemləri, nəzarətin zəifliyi və siyasi iradənin olmaması. Direktorların əksəriyyəti hələ də Sovet modelində fəaliyyət göstərir. Onlar məktəbləri öz şəxsi biznesləri kimi idarə edirlər. Elm və Təhsil Nazirliyi hər il bu istiqamətdə tədbirlər gördüyünü açıqlasa da, təhsil müəssisələrində müəllimlərdən qeyri-rəsmi “haqq” tələb edilməsi, valideynlərin müxtəlif adlar altında ödənişlərə məcbur edilməsi adi hala çevrilib. Direktorların çoxu siyasi və şəxsi əlaqələr vasitəsilə vəzifəyə gətirilir. Bəziləri nazirliyə deyil, birbaşa daha yüksək siyasi dairələrə bağlıdır. Bu isə onların toxunulmazlığını təmin edir və müvafiq qurum bu hallarla mübarizə apara bilmir”.
















Kamran Əsədov 

Ekspert bildirib ki, müəllimlər işə qəbul, sinif rəhbərliyi, dərs saatlarının artırılması və digər üstünlüklər üçün pul tələb edilməsi barədə şikayətlər səsləndirirlər:

“Fikrimcə, həqiqi nəzarət mexanizmi yoxdur. Direktorlarla bağlı şikayət daxil olanda, ya formalaşdırılmış “komissiyalar” bu məsələləri araşdırır və nəticəsiz qalır, ya da müəyyən qədər cərimələnib fəaliyyətlərini davam etdirirlər. Məktəblərdə korrupsiya ilə bağlı şikayətlər ictimaiyyətə açıq təqdim edilmir. Nazirlik bəzi simvolik tədbirlər görməklə kifayətlənir. Sistem düzəlmədikcə, adamların dəyişməsi heç nəyi həll etmir. Direktorlar real şəkildə hesabat verməli olsaydı, məktəblərdə bu qədər qeyri-rəsmi pul yığımı, müəllimlərin incidilməsi, korrupsiya olmazdı. Digər tərəfdən valideynlər, müəllimlər və cəmiyyət məktəblərdə baş verən qanunsuzluqlara qarşı birgə mübarizə aparsa, vəziyyət fərqli olar. Amma əksəriyyət bu məsələlərdə passiv qalır və hər kəs “sistem belə işləyir” deyərək rüşvətlə barışır”.

K.Əsədov qeyd edib ki, direktorların təyinat prosesi şəffaf olmalı, məktəblərdə pul yığımı qəti şəkildə qadağan edilməli və qanunu pozanlar ciddi şəkildə cəzalandırılmalıdır:

“Bundan əlavə, hər bir məktəbdə anonim şikayət mexanizmi yaradılmalı və bunlar nazirlik tərəfindən operativ araşdırılmalıdır”.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 23:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər