SABİQ NAZİRİN BANKI ƏLİNDƏN ALINIR? – “Ata Bank”ın rəhbərliyinə gətirilən Ağakərim Məlikaslanov kimdir?
Olduqca çətin günlərini yaşayan və sabiq vergilər naziri Fazil Məmmədovun bankı kimi tanınan “Ata Bank”da İdarə Heyətinin sədr müavini postuna yeni təyinat olub. FED.az-ın yaydığı məlumata görə bu, Ağakərim Məlikaslanovdur. Məlumatda deyilir ki, Ağakərim Məlikaslanov Mərkəzi Bankda rəhbər vəzifədə olan bir şəxsin qohumudur. Lakin həmin şəxsin kimliyi açıqlanmır.
Ağakərim Məlikaslanovun Mərkəzi Bankda hansı rəhbər vəzifəli şəxsin qohumu ola biləcəyinə dair kiçik araşdırmamızın nəticəsi göstərir ki, böyük ehtimalla söhbət Elman Rüstəmovun müşaviri Abdulla Məlik-Aslanovdan gedir.
Bu ad və soyadla internetdə verdiyimiz axtarış Məlik-Aslanov Ağakərim Abdulla oğlu nəticəsini üzə çıxardı. Bu soyada nadir rast gəlindiyini nəzərə alsaq, belə qənaətə gəlmək olur ki, böyük ehtimalla Ağakərim Məlikaslanov Elman Rüstəmovun müşaviri Abdulla Məlik-Aslanovun oğludur.
Abdulla Məlik-Aslanov isə Mərkəzi Bank sədrinin ən yaxın adamlarından biri sayılır. Hətta onun adı 2000-ci illərin ortalarında yeni dövriyyəyə buraxılan pulların sifarişi, daşınması və qəbulu ilə bağlı yaranmış qalmaqallı hadisələrdə hallandırılırdı.
Həmin vaxt mətbuatda o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Elman Rüstəmovun müavini postunu tutan Abdulla Məlik-Aslanovu saxladığı da iddia edilirdi. Buna səbəb onun Mərkəzi Bankdan külli miqdarda pul oğurluğu ilə bağlı baş verən məşhur qalmaqalda şübhəlilərdən biri olması imiş. Həmin vaxt Eldar Mahmudovun rəhbərlik etdiyi qurumun məqsədi ondan Mərkəzi Bank rəhbərinin əleyhinə baş verənlərlə bağlı ifadə almaq olub. Lakin bu planın baş tutmadığı və Məlik-Aslanovun baş bankirin əleyhinə ifadə vermədiyi bildirilirdi.
Bundan sonra Mərkəzi Bankın bir neçə vəzifəli şəxsi ilə birgə Abdulla Məlik-Aslanov da görəvindən kənarlaşdırılır. Elman Rüstəmov isə görünür, həmin vaxt şəxsi nüfuzundan istifadə edərək bu qalmaqalın daha ağır fəsadları olmadan aradan qaldırılmasına nail olur.
Maraqlıdır ki, onun vəzifədən kənarlaşdırdığı Abdulla Məlik-Aslanov bir müddət sonra baş bankirin əmri ilə Mərkəzi Bankın İdarə Heyəti sədrinin müşaviri postuna gətirilir. Onu da xatırladaq ki, məlum cinayət Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə araşdırılıb, təqsirləndirilənlər arasında Mərkəzi Bankın demək olar, heç bir yüksək çinli məmuru olmayıb və məsuliyyəti ancaq aşağı vəzifəli şəxslərin üzərinə qoyulub…
Ağakərim Məlikaslanovun özünə gəldikdə isə yeni təyin olunmuş sədr müavinin, bundan öncə “Texnika Bank”da və “AzFinance” İnvestisiya şirkətində çalışdığı qeyd olunur.
Ağakərim Abdulla oğlu Məlikaslanov adına həmçinin Abşeron Rayon Məhkəməsində 2017-ci ildə baxılan “Əmlakın qeyri-qanuni sahiblikdən götürülməsi”nə dair işdə rast gəlinir. Bunun eyni adama aid olub-olmadığına dair isə qəti bir söz deyə bilmərik.
Hər necə olsa, artıq Ağakərim Məlikaslanovun “Ata Bank”da öz vəzifəsini icra etdiyi və yaxın saatlarda onun təyinatı ilə bağlı rəsmi məlumatın açıqlanacağı bildirilir. Onu da qeyd edək ki, son zamanlar “AtaBank”ın müflisləşmə ərəfəsində olduğuna dair məlumatlara tez-tez rast gəlinir.
Ola bilər ki, “Ata Bank”ın idarəçiliyinə Mərkəzi Bankın rəhbərliyinə yaxın şəxsin gətirilməsi də banka nəzarətin ələ götürülməsi və hansısa yeni addımların atılacağı ilə bağlıdır. Bu proses isə tezliklə bankın Fazil Məmmədovdan alınmasına gətirib çıxara bilər.
Onu da qeyd edək ki, “Ata Bank”da vəziyyəti düzəltmək üçün Fazil Məmmədovun müəyyən addımlar atmasına rəğmən, heç bir nəticə əldə edə bilmədiyi və sabiq nazirin özünün böyük məbləğdə “yükləndiyinə” dair məlumatlara rast gəlinir.
Xatırladaq ki, “Ata Bank” Azərbaycanda ən böyük kapitallı banklardan biri sayılır və onun 145 milyon manatlıq kapitala malik olduğu bildirilir. Lakin rəsmi göstəricilərin bankın real vəziyyətilə nə dərəcədə uzlaşdığı çox böyük sual altında olan məsələdir.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-10-2019, 09:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-10-2019, 09:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20