reklam
Regionxeberlericom.az » Gündəm » Pensiya yaşına çatan icra başçılarının – Siyahısı

reklam

Pensiya yaşına çatan icra başçılarının – Siyahısı


Ölkə başçısının yaş həddi ilə əlaqədar rəhbər vəzifədə çalışanlara istefa xarakterli mesajı ünvanlarına yetişməkdədir. Prezidentin çağırışına cavab verən Baş nazirin müavinləri Hacıbala Abutalıbov və Əli Həsənovun ardınca Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də vəzifəsindən azad edildi.
Dövlət başçısı çıxışlarında islahatların davamlı olacağını, prosesin narazılıqlar qeydə alınan bütün sahələri əhatə edəcəyini vurğulayıb. İlham Əliyev yeni İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə yerli icra hakimiyyəti orqanları başçılarının ayrı-ayrı sahibkarların işinə müdaxilə etdiklərini, yerlərdə narazılığa səbəb olduqlarını deyib və nazirə bu istiqamətdə tapşırıqlarını verib.

Kiçik araşdırmadan sonra illərdir yerlərdə at oynadan, rəhbər olduğu rayonda kiçik padşahlıq yaradan və pensiya yaşını çoxdan keçmiş icra başçılarının olduğunu görürük.

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da ölkə başçısının İqtisadiyyat naziri ilə görüşdə səsləndirdiyi fikirləri xatırladıb:

“Prezident də bildirdi ki, yerli icra hakimiyyəti orqanları insanları incidirlər. Doğrudur, bunu bütün icra başçıları barədə demək olmaz. Amma özbaşınalıq edən kifayət qədər icra başçısı var”.

Yaş həddinə gəlincə, deputat deyib ki, əgər hakimiyyət orqanlarında dəyişikliklər gedirsə, bu, icra hakimiyyətlərindən də yan keçməyəcək:

“Son vaxtlar bir neçə rayonun rəhbərliyinə daha cavan kadrlar gətirilib. Amma “filankəs yaşlıdır, dəyişdirək” deyib onu proseslərdən tamamilə kənarlaşdırmaq da doğru deyil. Çünki yaşlı, amma istər siyasətdə, istər təsərrüfatda püxtələşən, kifayət qədər təcrübəli kadrlarımız var, hansı ki, onların təcrübəsindən istifadə etmək lazımdır.

Cənab Prezidentin qarşıya qoyduğu məqsədlərə görə, Azərbaycanda korrupsiya, rüşvət halları tamamilə aradan qaldırılmalı, şəffaflıq yaradılmalıdır. Buna riayət edən istər icra başçısı, istər hansısa məmur olsun, normal işləyirsə, müasir tələbələrlə ayaqlaşa bilirsə, onu vəzifədə saxlamaq olar.

Ramiz Mehdiyevin özünü götürək. O, Azərbaycan ictimai-siyasi həyatında çox böyük təcrübəyə malik olan insandır. Amma müasir tələblərə cavab verən, müasir texnologiyanı, idarəetmə sistemini bilən cavanlar vəzifələrdə irəli çəkilməlidirlər”.

V.Əhmədov yaşlı icra başçılarının Prezidentin çağırışına qoşulacağını istisna etməyib:

“Bizdə, ümumiyyətlə, vəzifədə oturanlar elə bilirlər ki, vəzifə onlara hədiyyə edilib və daim orada oturacaqlar. Bunun belə olmadığını gec-tez anlayacaqlar. Yaşlılar da anlamalıdırlar ki, kresloya yapışıb qalmaqla olmur, dövr, tələblər dəyişir. Buna cavab verə bilməyənlər, yəqin ki, istefa verəcəklər. Çünki cənab Prezident prosesə başlayıbsa, bu mütləq axıra çatdırılmalıdır”.

Azərbaycanda penisya yaşına çatan şəhər və rayon icra hakimiyyəti başçılarının siyahısını təqdim edir:

Zakir Fərəcov - Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı - 65 yaş

Nizaməddin Quliyev - Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı - 65 yaş

Alı Alıyev - Füzuli Rayon İcra Hakimiyyətinin başçısı - 65 yaş

Novruz Novruzov - Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı - 65 yaş

Şahmar Usubov - Xocalı Rayon İcra Hakimiyyətinin başçısı - 66 yaş

Malik İsaqov - Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı - 66 yaş

Rafil Hüseynov - Masallı Rayon İcra Hakimiyyətinin başçısı - 66 yaş

Adil Məmmədov - Qobustan Rayon İcra Hakimiyyətinin başçısı - 67 yaş

Əhməd Muxtarov - Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı - 68 yaş

Mirdaməd Sadıqov - İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı - 69 yaş

Bayram Səfərov - Şuşa Rayon İcra Hakimiyyətinin başçısı - 69 yaş

Məmməd Məmmədov - Tovuz Rayon İcra Hakimiyyətinin başçısı - 70 yaş

Mübariz Əhmədzadə - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı - 72 yaş

Alı Qocayev - Samux Rayon İcra Hakimiyyətinin başçısı - 72 yaş

Şəmsəddin Xanbabayev - Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı - 80 yaş



Paylaş:


Müəllif : Tarix:
24-10-2019, 13:43
Sikayət   


loading...
Загрузка...