Azərbaycan iqtisadiyyatında yeni “ŞOK TERAPİYASI” - “Büdcənin 75 faizi bir amildən asılı olmamalıdır”
“Müstəqil ekspertlərin iqtisadi problemlərin həllinə yönəlik təkliflərinin nəhayət, nəzərə alınmasının şahidi oluruq”.
regionxeberlericom.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyev həyata keçirdiyi son kadr dəyişiklikləri zamanı iqtisadi inkişafı əngəlləyən amillərin aradan qaldırılmasının zəruriliyi haqda fikirlərini şərh edən iqtisadçı Natiq Cəfərli deyib.
Natiq Cəfərli bildirib ki, Azərbaycanda hələ də istifadə olunan iqtisadi sistemin yenilənməsi labüddür:
“Azərbaycanda neft satılır, pulları Neft Fonduna daxil olur, oradan da dövlət büdcəsinə taransfer edilir və daha sonra investisiya layihələrinə xərclənir. Bu investisiya layihələri hesabına iqtisadi aktivlik və canlanma yaranır. Çünki investisiya layihələri əsasən, təmir-tikinti sahəsinə yönəlirdi. Bu da, ona bağlı sahələrin inkişafına səbəb olurdu. Ancaq bu, “süni nəfəs” idi. Neft pulları və o investisiya layihələri, eyni zamanda, büdcədən ayrılan vəsait olmasa, iqtisadi artım da olmayacaqdı.
2000-ci illərin sonunda Azərbaycan iqtisadiyyatında 25, 28, 29 faizlik iqtisadi artımları görürdük. Xatırlayırsınızsa, o zaman elə rəsmi ritorikada “analoqu olmayan” inkişaf sözü yarandı. İqtisadi inkişafın kökünü o vaxt izah belə izah edirdik ki, bu, orqanik, təbii inkişaf deyil. İnvestisiya layihələri hesabına, dövlət büdcəsi hesabına iqtisadiyyatın ayaqda saxlanılmasının nəticəsidir. Təsssüf ki, neft pullarının gəldiyi və neftin qiymətinin yüksək olduğu bir zamanda bu simptomları görüb, duyub, onunla bağlı müəyyən addımların atılması gecikdirildi.
Görünən odur ki, zaman daralıb, dünyada artıq post-neft dövrüdür. Azərbaycan iqtisadiyyatının da çox ağrılı şəkildə neftdən aslı olduğu və iqtisadi sahənin həddindən artıq neftə bağlı olduğu artıq dövlət başçısı səviyyəsində diqqətə çatdırıldı. Bununla da bağlı ciddi problemlərin yaşandığı deyilir. Əsas hədəf doğrudan da, dayanıqlı iqtisadi inkişaf modelinə keçid olmalıdır. Yəni qeyri-neft sektorunda istehsalın, ixracatın, yeni iş yerlərinin yaranması və bununla bağlı ölkə büdcəsinin formalaşmasında məhz qeyri-neft sektorunun önə çıxması, ixracatda qeyri-neft sektorunun payının artması əsas prioritet məsələ kimi önə qoyulur.
Rəqəmsal olaraq qeyri-neft sektorunda o qədər aşağı səviyyədəyik ki, gələn ilin dövlət büdcəsinin formalaşmasında neftin büdcənin formalaşmasında da neftdən asılılıq təqribən 60 faiz civarındadır. Bundan əlavə, neftdən dolayı asılılıq da var. Həmin o primitiv dediyimiz modeldə investisiya layihələri hesabına əlavə dəyər yaradılır. O əlavə dəyərin də bir hissəsi dövlət büdcəsinə vergilər şəklində daxil olur. Bu isə təqribən 15 faizə yaxındır. Ümumilikdə götürsək, Azərbaycan boyda ölkənin büdcəsinin 75 faizə yaxın hissəsi sırf bir faktordan asılıdır. Bu asılılıq isə çox böyükdür.
Xarici ticarəti götürsək, ixracatın 91 faizini enerji daşıyıcıları – neft, qaz və elektirik enerjsisindən təşkil edir. Bunu azaltmaq üçün o qədər ciddi irəlləyişə nail olmaq lazımdır ki, qeyri-neft sektorunun ölkə iqtisadiyyatında oynadığı rol yüksəlsin. Məsələn, Azərbaycanın qeyri-neft sektorunun ixracatı Gürcüstanın ixracatından aşağı vəziyyətdədir. Bu fərq aza qala iki dəfə həddindədir. Bizdə neft faktorunu ümumi iqtisadiyyatdan ayırsaq, büdcənin formalaşmasında Gürcüstandan belə geri qala bilərik. Bu da çox ciddi problemdir. Bunu aradan qaldırmaq üçün çox böyük irəlləyişlər əldə etmək lazımdır.
Əsas prioritet elan olunan kənd təsərrüfatı, aqrar sahənin inkişafı və ixracatın artmasıdır. Bugünki rəqəmləri götürsək, Azərbaycanda aqrar sektorun məhsul istehsalı və ixracat 11 dəfə artmalıdır ki, neftdən gələn vəsaitə bərabər olsun. Bu isə indiki resuslarla mümkün deyil. Nə torpaq, nə su, nə də insan resusuları ilə yaxın zamanlarda buna nail olmaq imkan xaricindədir. Çox maraqlı bir durum yaranıb. Prioritet istiqamətlər müəyyənləşib, ancaq ölkənin mövcud potensialı buna uyğundurmu?
Yeni istiqamətlərə ehtiyac var. Turizim də prioritet sahə elan olunub, ancaq bu gün Azərbaycana gərək 10 milyon turist gəlsin ki, dövlət büdcəsinin, insanların gəlirində onun hiss olunduğunu görək. Bu da mümkün deyil. Azərbaycanın turizim potensialı da hələ ki geniş deyil”.
İqtisadçı hazırkı vəziyyətdən çıxış yolu kimi aşağıdakıları göstərib:
“Xarici investorlara, istehsal sahələrinin yaranmasına ehtiyac var. Xarici investorlarla bağlı isə prioritet bir neçə məsələ mövcuddur. Bəzi müxalifətdə olan şəxslər və ya partiyalar insan haqları ilə bağlı məsələlərə görə xarici investorlar ölkəyə gəlmədiklərini bildirirlər. Məncə, elə deyil. Xarici investorları siyasi məsələlər o qədər də maraqlandırmır. Niyə görə xarici investorlar Sinqapura, Cənubi Koreyaya, Çinə gedirlər? Faktiki olaraq, o ölkələrdə insan haqları ilə bağlı problemlərin olmasını dünya qəbul edir. Məsələ qanunun aliliyindədir. Azərbaycanda problem qanunun aliliyi, oyun qaydalarının tez-tez dəyişməsidir, ədalətli məhkəmə sistemidir. İnvestorlar bunlara diqqət edirlər.
Uzun illərdir, xarici şirkətlər üçün konsaltinq xidməti göstərirəm. Öz iş həyatımda çox görmüşəm ki, onları maraqlandıran suallar Azərbaycanda gömrük və vergi ilə bağlı “oyun qaydaları”nın necə olması, onların hansı formada həyata keçirilməsi, tez-tez dəyişib-dəyişməməsi, məhkəmə hakimiyyətinin obyektivliyi, ədalətliliyi, iş qüvvəsinin potensialı, əmək haqqının vəziyyətidir. Onlar bu məsələlərlə maraqlanırlar.
Xarici investorları Azərbaycana cəlb etmək üçün ilk növbədə ölkənin pozitiv imicinin yaxşılaşdırılması, qanunvercilik bazasının təkminləşdirilməsi, ədalətli məhkəmə sisteminin oturuşması öz həllini tapmalıdır. Azərbaycanda devalvasiyalardan sonra işçi və əmək haqqının vəziyyəti indi cəlbedicidir. Azərbaycanda 400-500 dollara insanlar məmnuniyyətlə işləməyə hazırdır.
Bu həddə maaşlar artıq Çində də yoxdur. Hətta orada belə insanlar daha yüksək maaş istəyirlər. Azərbaycanda istehsal olunan məhsulların Orta Asiya, Rusiya, İran bazarına çıxarılması müümkündür. Coğrafi və logtistik üstünlüklərimizdən istifadə etməliyik. Əgər qeyri-neft sahəsində yeni istiqamətlər, həll yolları tapmaq istəyiriksə, ənənəvi sahələrdən aralanmalıyıq. Ənənəvi sahələr özləri inkişaf edəcəklər”.
Mikayıl Cabbarovun bu işləri görə biləcəyinə və Gömrük Komitəsinin də İqtisadiyyat Nazirliyinə birləşdirilməsi ehtimalına gəldikdə isə Natiq Cəfərli bunları deyib:
“Bu, sadə məntiqdir. Dövlət büdcəsinin formalaşmasında neftdən gələn gəlirləri kənara qoysaq, əsasən, üç istiqmət qalır – vergi, gömrük, dövlət əmlakının özəlləşdirilməsi. Yeni yaradılan nazirlikdə vergi və əmlak komitələri birləşdirilib, ancaq gömrük kənarda qalıb. Dövlət büdcəsinə bütün daxilolmaların eyni mərkəzdən idarə olunmasının məntiqi pozulur, əhəmiyyəti itir.
Gömrük Komitəsində də ciddi dəyişikliklərə ehtiyac var. Gömrüyün topladığı əss vəsait əlavə dəyər vergisidir. Halbuki bu, vergi növüdür və o sahətyə aiddir. Əgər dövlət büdcəsinə daxilolmaları eyni mərkəzdə cəmləyirlərsə, o zaman Gömrük Komitəsinin yeni yaranmış supernazirlidkən kənarda qalmasının məntiqi anlaşılmır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-10-2019, 17:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-10-2019, 17:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29