reklam
Regionxeberlericom.az » Gündəm » Başçı nə dedi, o da olmalıdır... - İDDİA

reklam

Başçı nə dedi, o da olmalıdır... - İDDİA

Təhsil naziri Ceyhun Bayramov Təhsil şöbəsini niyə nəzarətdən buraxıb?
Asif Ağayev ötən ilin oktyabrında Beyləqana icra başçısı təyin olundu. Dərhal bir neçə kadr dəyişikliyi etdi. İlk dəyişiklik Təhsil Şöbəsində edildi. Rayonda ifşa olunmuş Xuraman Rüstəmova vəzifədən alındı, yerinə Təhsil İşçiləri Həmkarlar təşkilatının sədri vəzifəsini saxtakarlıqla ələ keçirmiş Tahir Həsənov təyin olundu. Rayon ictimaiyyəti təyinatın rüşvətlə və bu işi Sabirabad Regional Təhsil İdarəsinin müdiri, icra başçısının yerlisi Üzeyir Qasımovun təşkil etdiyi məlum oldu. Lakin T. Həsənovun müdirliyi çox sürmədi, yaşının çoxluğu onun bu vəzifəyə təyinat yolunu bağladı. Buna baxmayaraq, müdir T. Həsənov 10 ay vəzifədə qaldı və bu müddət ərzində verdiyi rüşvəti çıxarmaq üçün məktəblərdən müxtəlif ad altında xeyli pul yığdı. Bu müddətdə icra başçısı əl altdan TŞ-nə yeni müdir axtarışına çıxdı və nəhayət, axtardığını Çəmənli kənd orta məktəbində direktor işləyən, adı müxtəlif çirkli işlərdə çəkilən Həsən Həşimovda tapdı. Beləliklə, Həsən Həşimov oktyabrın 12-də Beyləqan RTŞ-yə müdir təyin olundu.
Bəs, Həsən Həşimov kimdir? Məlumata görə, H. Həşimov zabit kimi, 8 il (!) Sərhəd Qoşunlarında çalışıb. Törətdiyi cinayət hadisəsinə görə, (sərhəddə qaçaqmalçılarla əlbir olduğuna görə) o, SQ sıralarından qovulub, az sonra müəllimlik fəaliyyətinə başlayıb, qısa müddətdən sonra Çəmənli kənd tam orta məktəbinin direktoru vəzifəsini ələ keçirib. Artlq 10 ildən çox məktəb direktoru işləyən və işlədiyi müddətdə məktəbdə hər cür cinayət xarakterli işlərlə məşğul olan H. Həşimov nəhayət, Beyləqan TŞ-nin müdiri vəzifəsi kimi gəlirli sahəni də ələ keçirib. Bu işdə ona yardım edən Asif Ağayev və başçının yerlisi, Sabirabad RTİ-nin rəisi Üzeyir Qasımov da arzuladıqları məbləği əldə etməkdən məmnundurlar.

Beyləqan müəllimləri isə H. Həşimovdan narazıdırlar!..(Reportyor.tv)

Paylaş:

Müəllif : Tarix:
25-10-2019, 10:11
Sikayət   

loading...
Загрузка...